| 
								 
								
								 Sentyabrın 
								21-də Bakının Badamdar qəsəbəsindəki 239 nömrəli 
								orta məktəbdə Beynəlxalq Sülh Günü və "Ekologiya 
								ili" çərçivəsində "Adama bir ağac əkək" devizi  
								altında tədbir keçirildi.   
								
								
								Məktəbin həyətində təşkil olunmuş tədbiri giriş 
								sözü ilə təhsil ocağının direktoru Sədaqət 
								Əzimova açaraq  mərasimin  mahiyyəti haqqında 
								geniş məlumat verdi. Sonra tədbir iştirakçıları 
								məktəb kollektivi ilə birlikdə həyətyanı 
								sahədəki boş yerlərdə  müxtəlif növ ağac 
								tingləri əkdilər, habelə, əvvəllər şagirdlərin 
								əkdikləri  şam, sərv, zeytun ağaclarını, kolları 
								və bir-birindən gözəl dibçək güllərini  
								suladılar.   
								
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı 
								Əfqan İsgəndərov və digər qonaqlar  belə 
								tədbirləri əhəmiyyətli  və yaddaqalan hesab 
								etdilər, özləri də ağacəkmə kampaniyasına 
								qoşuldular. Həmin gün məktəbin həyətində 150-yə 
								yaxın şam, sərv və zeytun ağacları əkildi.   
								
								
								
								Rəşad ZİYADOV  |