| 
								 
								
								 Sentyabrın 
								17-də Qərb Universitetində İtaliyanın Peruca 
								Universitetinin rektoru, professor, xanım 
								Stefani Giannini ilə görüş keçirildi.Görüşün 
								məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, 
								birgə  seminarlar, dərslər, konfranslar keçirmək 
								və elmi araşdırmaları genişləndirməkdir. 
								 
								
								
								Qərb Universitetinin professoru Fikrət Sadıxov 
								universitet barəsində qonaqlara məlumat verərək 
								bildirdi ki, burada işgüzar inzibatçılıq, Qərb 
								dilləri, kompüter elmləri və dizayn, siyasi 
								elmlər fakültəsi fəaliyyət göstərir.Universitet 
								1991-ci ildən - fəaliyyətə başladığı vaxtdan 
								indiyə kimi yüksəkixtisaslı mütəxəssislər 
								hazırlamaq yönündə faydalı işlər görür. Bu işlər 
								arasında elmi-praktik seminar və konfransların, 
								Azərbaycanın və xarici ölkələrin tanınmış elm və 
								siyasi xadimləri ilə görüşlərin keçirilməsi 
								xüsusi yer tutur. 
								
								
								Sonra xanım Stefani Giannini görüşü təşkil edən 
								Qərb Universitetinin rektorluğuna öz təşəkkürünü 
								bildirdi və rəhbərlik etdiyi universitet barədə 
								tədbir iştirakçılarına ətraflı  məlumat verdi. 
								Görüşdə İtaliyanın Azərbaycandakı fövqəladə və 
								səlahiyyətli səfiri  Mario Baldi  də çıxış etdi. 
								
								
								Sonda qonaqlar  Qərb Universitetinin müəllim və 
								tələbələrini maraqlandıran suallara cavablar 
								verdilər.  
								
								
								
								Şakir CƏFƏROV  |