| 
								 
								
								Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət 
								Mərkəzindən (RİMM) AzərTAc-a verilən məlumata 
								görə, 160 nömrəli klassik gimnaziyada 
								məktəblərin rus dili müəllimləri üçün daimi 
								fəaliyyətdə olan metodik seminarın yeni dərs 
								ilində ilk məşğələsi olmuşdur.  
								
								
								RİMM-nin Rus Dili Metodik Mərkəzi tərəfindən 
								keçirilən seminarda əllidən çox müəllim, o 
								cümlədən Azərbaycanda rus dilinin dərindən 
								öyrənilməsi üzrə pilot layihəsinin əhatə etdiyi 
								məktəblərin rus dili müəllimləri iştirak 
								etmişlər.  
								
								
								RİMM-nin rəhbəri Ənvər Şeyxov müəllimləri yeni 
								dərs ili münasibətilə təbrik etmiş, 
								planlaşdırılan tədbirlər barədə məlumat 
								vermişdir.   |