| 
								 
								
								 Noyabrın 
								1-də Prezident İlham Əliyev İmişli rayonunun 
								Allahmədətli kəndində yeni məktəb binası ilə 
								tanış oldu. Məktəbin foyesindəki fotoguşədə 
								ümummilli lider Heydər Əliyevin və Prezident 
								İlham Əliyevin təhsilə diqqət və qayğısı  əksini 
								tapmışdır. Məktəb lazımi avadanlıq  və  tədris 
								vəsaitləri ilə  təchiz  edilmişdir.  Kompüter 
								otağında  8  müasir kompüter quraşdırılmışdır.
								 
								
								
								Yaxın gələcəkdə onlar sürətli İnternet xəttinə 
								qoşulacaqdır. Məktəbin kitabxanasında 1400 nüsxə 
								ədəbiyyat vardır. Bu kitablar Prezident İlham 
								Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə 
								kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 
								Sərəncamına uyğun olaraq məktəbin kitabxanasına 
								dövlət tərəfindən hədiyyə edilmişdir. 
								Şagirdlərin idmanla məşğul olmaları üçün 
								meydança da inşa olunmuşdur.  
								
								
								
								AzərTAc  |