| 
								 
								
								Noyabrın 2-də Azərbaycan Universitetində Sovet 
								İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 
								xatirəsinə həsr olunmuş "Dünənimiz, bu günümüz, 
								sabahımız" layihəsi çərçivəsində Sloveniya 
								Respublikasının Lyublyana Universitetinin 
								professoru, xanım Vesna Çrnivetsin "Lahıca xoş 
								gəlmişsiniz" adlı qısametrajlı film və fotoşəkil 
								sərgisinin təqdimat mərasimi keçirilmişdir. 
								Sloveniya Respublikasının Xarici İşlər 
								Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan 
								Respublikasının Sloveniya Respublikasındakı 
								səfirliyinin maliyyə dəstəyi ilə və iki ölkə 
								arasında təhsil və mədəniyyət sahəsindəki 
								əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə 
								Mehdi Hüseynzadənin Sloveniyada öldürülməsinin 
								anma gününə həsr olunmuşdur.  
								
								
								Universitetin akt zalında keçirilən 17 dəqiqəlik 
								filmin və bir çox fotoşəklin təqdim olunduğu 
								mərasimdə Azərbaycan Respublikasının Təhsil 
								Nazirliyi, Gənclər və İdman Nazirliyi, 
								Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr 
								iştirak etmişlər. 
								
								
								Mərasimi giriş sözü ilə açan MBA və BBA 
								proqramının rəhbəri Tofiq Əhmədov layihə 
								iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin 
								iki ölkə arasında yaranmış əlaqələrin 
								möhkəmlənməsində mühüm rol oynadığını 
								vurğulamışdır. Daha sonra professor Vesna 
								Çrnivets çıxış edərək sərginin təşkilatçılarına 
								minnətdarlığını bildirmişdir. Çıxış edənlər 
								sərgini yüksək dəyərləndirmişlər.  
								
								
								
								Azərbaycan Universitetinin 
								Mətbuat xidməti  |