| 
								 
								
								 Noyabrın 2-də Azərbaycan Respublikasının 
								Prezidenti yanında Dövlət İdarəçilik 
								Akademiyasında baş ofisi Böyük  Britaniyada 
								yerləşən beynəlxalq "Global Gertification 
								Limited" şirkətinin Azərbaycan üzrə rəsmi 
								nümayəndəsi Dr.Canan Ülkünün iştirakı ilə yeni 
								təlim kursu başa  çatıb. 
								
								
								Tədbiri giriş sözü ilə açan DİA-nın I 
								prorektoru, professor Əlikram Abdullayev qeyd 
								edib ki, Azərbaycanda  artıq 6 ildir fəaliyyət 
								göstərən şirkət əsas etibarilə kadr xidmətinin 
								idarə edilməsinə dair təlimlər keçirilməsi, 
								keyfiyyətin idarə edilməsi, informasiya 
								təhlükəsizliyi, peşə təhlükəsizliyi və əməyin 
								mühafizəsinin idarəetmə, ətraf mühitin qorunması 
								və  mühafizəsi sistemlərinin qurulması və s. 
								sahələr üzrə beynəlxalq statuslu sertifikatların 
								verilməsi  ilə məşğul olur. 
								
								
								DİA-da gənclərin belə təlimlərin keçirilməsinə 
								maraq göstərdiklərini qeyd edən  Ə.Abdullayev  
								onu da bildirib ki, bu təlimdə məqsəd 
								akademiyada çalışan və təhsil alan gənclərin, 
								xüsusilə menecment sahəsində ixtisaslaşanların 
								idarəçilik bacarıqlarının artırılması, onlara 
								keyfiyyətin idarə olunması kimi çox aktual bir 
								məsələyə dair ən yeni biliklərin verilməsi olub. 
								
								
								Sonda çıxış edənlər kursun  dinləyicilərinə  
								uğurlar arzulayıblar.  
								
								
								
								Şakir CƏFƏROV  |