| 
								 
								
								 Çexiya 
								Respublikasının Mədəniyyət, Təhsil, İdman və 
								Turizm, Xarici İşlər  nazirlikləri və 
								YUNESKO-nun  Çexiyadakı komissiyasının təşəbbüsü 
								ilə  38-ci Beynəlxalq uşaq  bədii rəsm 
								müsabiqəsi keçirilib. Həmin  müsabiqədə iştirak 
								etmək üçün  Nizami Rayon Uşaq-Gənclər 
								Yaradıcılıq  Mərkəzi  dəvət alıb. Müsabiqənin 
								əsasnaməsinə əsasən   "Mənim ölkəmdə həşəratlar 
								və kəpənəklər", "Ağaclar və meşələr", "Çay və 
								göllərdə yaşayanlar", "Yabanı güllər və zərərli 
								bitkilər" mövzularında gənc rəssamlar  
								əsərlərini təqdim ediblər. 
								
								
								Müsabiqəyə böyük  həvəslə qatılan mərkəzin gənc 
								rəssamlarının ən yaxşı rəsm işləri  Çexiyaya 
								göndərilib. 
								
								
								Bu günlərdə isə xoş xəbər gənc rəssamları 
								sevindirib. Rəsm dərnəyinin rəhbəri Nərmin 
								Abdullayevanın  yetirmələri Günel Məmmədova və 
								Nərmin Mövsümovanın rəsm işləri müsabiqədə 
								fərqlənib. 
								
								
								Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar 
								müəssisələrlə iş şöbəsinin müdiri Ağababa 
								İbrahimov, mərkəzin direktoru Lalə Qəti və gənc 
								rəssamlar Günel və Nərmin  Çexiya 
								Respublikasının ölkəmizdəki səfirliyində 
								keçirilən mərasimdə iştirak ediblər. Çexiyanın 
								ölkəmizdəki səfiri  Radek Matula qaliblərlə 
								görüşüb və onların adlarına göndərilən diplom və 
								hədiyyələri təqdim edib.  |