| 
								 
								
								Bakıdakı  M.Müşfiq adına 18 nömrəli orta 
								məktəbdə Azərbaycan Dövlət Akademik Milli  
								Teatrının  bir  qrup aktyoru ilə görüş 
								keçirilib. Görkəmli sənət ustalarını, pedaqoji 
								kollektivi və şagirdləri salamlayan məktəbin 
								direktor müavini  Bəsti Ağayeva sözü xalq 
								artistləri  Laləzar Mustafayevaya, Rafiq 
								Əzimova, məktəbin məzunu - əməkdar artist Elxan 
								Quliyevə verdi. Aktyorlar  öz yaradıcılıq 
								planları, yeni  mövsümdə hazırlayacaqları 
								tamaşalar  barədə  məlumat verdilər. Laləzar 
								Mustafayevanın  ifasında  xalq şairi 
								B.Vahabzadənin "Ana" şeiri, Rafiq Əzimovun   isə 
								"Dədə Qorqud" filmindən söylədiyi  monoloq  
								görüş iştirakçılarında xoş ovqat yaratdı. 
								 
								
								
								Qonaqlara öz minnətdarlığını bildirən  məktəbin 
								direktoru Vaqif Hüseynov gələcəkdə onlarla 
								tez-tez iş birliyi quracaqlarını  vurğuladı.
								 
								
								
								Sonda şagirdlərin sualları aktyorlar tərəfindən 
								cavablandırıldı. 
								
								
								
								Sifai SƏFƏROVA  |