| 
								 
								
								Naxçıvan Dövlət Universitetinin SİFE (Students 
								İn Free Enterrrise - Tələbələr Azad Sahibkarlıq 
								Fəaliyyətində) komandası, fəaliyyətinin ilk 
								ilindən başlayaraq innovasiyalı təhsil 
								
								proqramlarının 
								inkişafı, azad sahibkarlıq fəaliyyətinin 
								öyrədilməsi, sosial məqsədlərin reallaşdırılması 
								istiqamətində tələbələrin vahid komanda kimi 
								fəaliyyətinin koordinasiya edilməsində bir sıra 
								uğurlar əldə etmişdir. Komanda bu yaxınlarda 
								Amerika Birləşmiş Ştatlarının Los-Anceles 
								şəhərində keçirilən dünya çempionatında iştirak 
								etmiş, nəinki ölkəmizi, Cənubi Qafqazı 
								müvəffəqiyyətlə təmsil etmişdir. Elə bu məqsədlə 
								də komandanın rəhbəri, İqtisad fakültəsinin 
								dekan müavini, iqtisad elmləri namizədi, dosent 
								Müslüm Cabbarzadə ilə görüşüb ətraflı söhbət 
								etdik.   
								
								
								
								- Müslüm müəllim, istərdim ki, əvvəlcə SİFE 
								təşkilatı barədə oxucularımıza məlumat 
								verəsiniz. 
								
								
								
								 - 
								SİFE - ali təhsil müəssisələri və biznes 
								strukturları arasında qlobal partnyorluq, 
								əməkdaşlıq təşkilatıdır. Dünya universitetləri 
								arasında belə əlaqələrin qurulması nəticəsində 
								tələbə komandaları azad sahibkarlığın 
								prinsiplərini öyrənir, öz ideyalarını praktikada 
								tətbiq edir və əldə etdiyi bilikləri digərləri 
								ilə bölüşür. SİFE təşkilatı 70-ci illərin 
								ortalarında ABŞ-da yaradılmış və tədricən 
								genişlənərək dünyanın universitet əsaslı ən iri 
								təşkilatlarından birinə çevrilmişdir. Nazırda 
								50-dən çox ölkənin ən nüfuzlu universitetlərinin 
								tələbə komandaları hər il keçirilən dünya 
								çemrionatında öz ölkələrini və universitetlərini 
								təmsil edirlər. SİFE komandalarının məqsədi 
								auditoriyada torlanmış təcrübə əsasında müəyyən 
								layihələr həyata keçirməklə bazar 
								iqtisadiyyatını, uğur qazanmaq bacarığını, 
								sahibkarlıq, maliyyə savadı və biznes etikasının 
								rrinsirlərini öyrənməkdən, həmçinin seçilmiş 
								auditoriyaya azad sahibkarlığın rrinsirlərini 
								aşılamaqla onların rotensialının tam 
								reallaşmasına təkan verməkdən ibarətdir. 
								Azərbaycan SİFE təşkilatına 2005-ci ildə 
								qoşulmuşdur.  
								
								
								
								- Naxçıvan Dövlət Universitetinin SİFE 
								komandasının fəaliyyəti və uğurları barədə nə 
								deyə bilərsiniz? 
								
								
								- Komanda 2008-ci ildə rektor, akademik İsa 
								Həbibbəylinin təşəbbüsü ilə yaradılmışdır.  
								Komanda qısa müddət ərzində bir çox uğurlar əldə 
								etmişdir. Belə ki, 2009-cu ildə ölkənin ən 
								nüfuzlu ali məktəblərinin qatıldığı milli 
								çemrionatda tələbələrimiz uğurla çıxış edərək 
								III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi 
								Asiya və Cənubi Qafqaz ölkələri arasında 
								keçirilən yarışmada təmsil etmək hüququ 
								qazanmışdır. Qazaxıstan, Qırğızıstan, 
								Türkmənistan və Azərbaycan komandalarının 
								iştirak etdiyi regional forumda tələbələrimiz 
								tərəfindən təqdim olunan layihələr beynəlxalq 
								münsiflər heyəti tərəfindən yüksək 
								qiymətləndirildi, "Ən yaxşı biznes layihəsi" və 
								"Ən yaxşı sosial layihə" nominasiyaları üzrə 
								qalib elan edildi.   
								
								
								
								- Və nəhayət, 2010-cu ildə V resrublika 
								çemrionatının qalibi oldunuz... 
								
								
								- Artıq beşinci ildir ki, hər akademik tədris 
								ilinin sonunda Azərbaycan Resrublikası Gənclər 
								və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə SİFE 
								Milli Çemrionatı keçirilir.  Çemrionatda iştirak 
								edən komandalar tədris ili ərzində biznes, 
								təhsil və sosial sahələrdə ən azı 3 layihə icra 
								etməlidirlər. Hər bir komandadan onların 
								fəaliyyətini və tədris layihələrini əks etdirən 
								illik yazılı hesabat hazırlamaq tələb olunur. 
								Üarışma zamanı hər komandaya 37 dəqiqə vaxt 
								ayrılır və bu müddətdə komanda öz təqdimatını 
								keçirməlidir. Nazırlanan layihələr cəmiyyət və 
								insanların yaşayış standartlarının 
								təkmilləşdirilməsinə nə dərəcədə təsir 
								göstərməsi baxımından münsiflər heyəti 
								tərəfindən qiymətləndirilir.  
								
								
								Bakı şəhərində keçirilən builki çemrionatda 
								komandamız bütün rəqiblərini geridə qoyaraq 
								2010-cu ilin SİFE çemrionu adını qazandı. 
								 
								
								
								
								- Nəticədə SİFE dünya çemrionatina vəsiqə 
								qazandınız. Komanda çempionata necə 
								hazırlaşmışdı? 
								
								
								- Rektor, akademik İsa Həbibbəylinin tapşırıq və 
								himayəsi ilə komandamız dünya kuboku uğrunda 
								yarışa ciddi hazırlaşmışdı. SİFE-nin Azərbaycan 
								üzrə rəhbəri Kəmalə Məmmədova və "SİFE Qlobal" 
								beynəlxalq təşkilatının Cənubi Qafqaz və Mərkəzi 
								Asiya ölkələri üzrə rroqram direktoru Üusif 
								Məcidov Naxçıvanda təlim kursu keçmiş, 
								komandamız Dünya Kuboku yarışında 2010-cu ildən 
								tətbiq olunacaq yeni meyarlar və layihələrin 
								istiqamətləri haqqında ətraflı məlumat almışdı.
								 
								
								
								
								- Beynəlxalq çempionatın gedişi barədə nə deyə 
								bilərsiniz? 
								
								
								- Dünya çemrionatında dünyanın müxtəlif 
								qitələrindən - Amerikadan, Avroradan, Asiyadan 
								40 ölkəni təmsil edən ən güclü universitetlərin 
								tələbə komandaları iştirak edirdi. Los-Ancelesdə 
								Mariott otelinin konvensiya salonunda yarışların 
								rəsmi açılış mərasimindən sonra bütün ölkələrin 
								milli mədəniyyətləri nümayiş olundu. Naxçıvan 
								Dövlət Universiteti tərəfindən Azərbaycanın 
								tarixini, mədəniyyətini, milli xüsusiyyətlərini, 
								kulinariyasını əks etdirən zövqlə hazırlanmış 
								guşə iştirakçılar tərəfindən böyük  maraqla 
								qarşılandı. Milli geyimdə olan tələbələrimiz 
								müxtəlif xalqların nümayəndələrinə Azərbaycan 
								haqqında, mənəvi dəyərlərimiz, adət-ənənələrimiz 
								barədə ətraflı məlumatlar verdilər, milli musiqi 
								və rəqslərimizi nümayiş etdirdilər. Eyni zamanda 
								tələbələr digər ölkələrin mədəniyyətləri ilə 
								tanış olmaq imkanı əldə etdilər.  Komandamız 
								tərəfindən münsiflər heyətinin diqqətinə 2 
								biznes və 1 sosial layihə təqdim edilmişdi.
								 
								
								
								
								- Komandanın çempionatdakı çıxışı necə 
								qarşılandı? 
								
								
								- Qeyd edim ki, yarışın gedişi münsiflər heyəti 
								tərəfindən qiymətləndirildi. I yeri Misir, II 
								yeri Çin, III yeri ABŞ, IV yeri isə Nindistan 
								universitetlərinin komandaları tutdu. Dünya  
								çemrionatının qrur mərhələsində Fransa, Rusiya, 
								Braziliya, Tailand kimi güclü rəqiblərlə 
								mübarizə araran komandamızın ingilis dilində 
								səlis çıxışı, sual-cavabdakı iştirakı, 
								informasiya-kommunikasiya texnologiyalarından 
								istifadəsi münsiflər heyəti və yarış 
								iştirakçıları tərəfindən yüksək  
								qiymətləndirildi. Qrur mərhələsində IV yerə 
								layiq görüldük. Üekun nəticələrə görə komandamız 
								Meksika, Üeni Zelandiya, Qazaxıstan, Tacikistan, 
								İsveç, Tailand, Puerto-Riko və digər ölkələrin 
								komandalarından irəlidə oldu. Eyni zamanda 
								ölkəmiz Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri 
								arasında ən yaxşı  SİFE ölkəsi adına layiq 
								görüldü. Komandamıza dirlom və mükafatlar təqdim 
								edildi. Yeri gəlmişkən, komandanın uğurlu 
								çıxışında məsləhətçi, universitetin magistratura 
								üzrə dekanı, tarix elmləri namizədi Elbrus 
								İsayevin, komandanın kapitanı Elçin Əliyevin, 
								ümumiyyətlə, hər bir iştirakçının əməyini xüsusi 
								qeyd etmək istərdim. Bizə böyük mənəvi dəstək 
								olan muxtar respublika və universitet 
								rəhbərliyinin də qələbəmizdə ayrıca payı var.
								 
								
								
								
								- Komandanın Amerika təəssüratlarını da bölüşmək 
								maraqlı olardı... 
								
								
								- Los-Ancelesdə şəhərin məşhur Nollivud yerləşən 
								bolgəsi, Amerika filmlərinin çəkildiyi Universal 
								Studio, dünyada məşhur olan Disney Lənddə olduq. 
								Azərbaycanın Los-Ancelesdəki Baş Konsulu Elin 
								Süleymanovla görüşdük. Bütün səfər boyu Baş 
								Konsulluq komandamızı diqqətdən kənarda qoymur, 
								rroblemlərimizlə maraqlanırdı. Ən unudulmaz 
								anlar isə orada Azərbaycan bayrağı altında doğma 
								vətənimizi təmsil etmək idi. Uşaqlar bütün dünya 
								xalqlarının nümayəndələrinə Azərbaycan haqqında 
								qürurla danışırdılar. Los-Ancelesin mərkəzi 
								küçələrində xorla Azərbaycanın xalq mahnılarını 
								oxumağımız heç zaman unudulmaz. İnanıram ki, 
								daha parlaq qələbələr heç də uzaqda deyil.
								 
								
								
								- Biz də sizə uğurlar arzu edirik.   
								
								
								
								Mehriban SULTAN  |