| 
								 
								
								Rusiya Federasiyasında "2011-2015-ci illərdə 
								Rusiya Federasiyası vətəndaşlarının 
								vətənpərvərlik tərbiyəsi" adlı proqram layihəsi 
								hazırlanıb. Dövlət Proqramın icrasına 600 milyon 
								rubl vəsait ayırıb. Bu barədə Rusiya 
								Federasiyası hökuməti İdarə Heyətinin proqramın 
								layihəsinə baxılan iclasında Vladimir Putin 
								məlumat verib. "Gənc nəsil təkcə cərəyan edən 
								hadisələrdən xəbərdar olmayıb, həm də bizim 
								ənənələr, tariximizin qəhrəmanlıq və faciəli 
								səhifələri haqqında bilməlidir, - deyə Baş nazir 
								bildirib. - Maarifləndirici layihələri, tarix 
								sahəsində tədqiqatları, arxiv sənədlərinin dərc 
								olunmasını, hərbi-vətənpərvərlik və axtarış 
								klublarının işini, adamları öz qabiliyyətlərini 
								reallaşdırmağa, bu zaman özünü vahid xalqın 
								ayrılmaz hissəsi hiss etməyə kömək edən mədəni, 
								idman, yaradıcı təşəbbüsləri dəstəkləmək 
								lazımdır". Vladimir Putinin sözlərinə görə, məhz 
								bu cür prioritetlər təklif olunan proqramın 
								əsasını təşkil edir. Layihəyə əsasən, onun 
								maliyyələşməsinin ümumi həcmi 777,2 milyon rubl 
								təşkil edir. Həmin məbləğin 596,75 milyon rublu 
								federal büdcədən, 180,45 milyonu isə 
								vətənpərvərlik tərbiyəsində iştirak edən 
								yaradıcılıq ittifaqlarının, idman və digər 
								təşkilatların fondlarından, habelə sponsor 
								köməyindən ayrılan büdcədənkənar vəsaitdən 
								formalaşdırılacaq. 
								
								
								
								Hazırladı: Y.ƏLİYEV  |