| 
								 
								
								 Azərbaycanın 
								Pakistandakı səfirliyindən AzərTAc-a 
								bildirmişlər ki, bu ölkənin nüfuzlu ingilisdilli 
								"Pakistan Observer" qəzetinin 4 noyabr tarixli 
								nömrəsində Heydər Əliyev Fondu ilə bağlı geniş 
								məqalə dərc edilmişdir.  
								
								
								Məqalədə Heydər Əliyev Fondunun məqsədi, 
								fəaliyyəti, Fondun prezidenti, YUNESKO-nun və 
								İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin 
								deputatı Mehriban xanım Əliyeva haqqında ətraflı 
								məlumat verilmişdir. Vurğulanmışdır ki, Mehriban 
								xanım Əliyevanın rəhbərliyi ilə Fond gündən-günə 
								inkişaf edir. Fəaliyyəti Azərbaycanın 
								tərəqqisinə yönəlmiş qurum ölkənin 
								mədəniyyətinin və tarixinin geniş təbliği üçün 
								layihələr həyata keçirir.  
								
								
								Qəzetdə,  həmçinin,  Fondun  bir sıra  
								beynəlxalq  təşkilatlarla  sıx  əməkdaşlıq 
								şəraitində müxtəlif sahələri  əhatə  edən  və  
								cəmiyyəti  düşündürən, Azərbaycan həqiqətlərinin 
								dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı  
								layihələr  həyata  keçirdiyi  də  xüsusi  
								vurğulanır.  
								
								
								Materialda Fondun təhsil, səhiyyə, mədəniyyət, 
								sosial, idman, elm və texnologiya, ekologiya və 
								s. sahələrdəki fəaliyyətinə də geniş yer 
								verilmişdir. Qurumun bir çox beynəlxalq 
								təşkilatlarla əməkdaşlıq edərək fəaliyyətini 
								təkcə Azərbaycan ilə məhdudlaşdırmadığı, 
								Pakistanda, bir sıra digər ölkələrdə layihələr 
								həyata keçirdiyi vurğulanmışdır.  
								
								
								2005-ci il oktyabrın 8-də Pakistanda çoxlu insan 
								tələfatına və böyük dağıntılara səbəb olmuş 
								zəlzələdən sonra Mehriban xanım Əliyevanın şəxsi 
								təşəbbüsü ilə Müzəffərabad şəhərinin Rara 
								ərazisində inşa olunmuş məktəb binası haqqında 
								məlumat verilən yazıda ölkəmiz tərəfindən edilən 
								yardımlar da yüksək qiymətləndirilir. 
								 
								
								
								Məqalə ilə
								
								www.pakobserver.net saytında tanış olmaq 
								olar.  
								
								
								AzərTAc   |