| 
								 
								
								 Bu 
								günlərdə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin 
								tədris işləri üzrə direktor müavini Ziloy 
								Cabbarov və hərbi rəhbər Əli Məmmədov  Təhsil  
								Nazirliyinin razılığı ilə Rusiya 
								Federasiyasının  Buryatiya Respublikasının  
								paytaxtı Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə 
								Liseyinin iş təcrübəsini öyrənib və həmkarları 
								ilə fikir mübadiləsi aparıblar. Onlar  təhsil 
								ocağının pedaqoji kollektivi ilə görüşüb, 
								liseyin iş təcrübəsi və  daxili nizam-intizamı 
								ilə yaxından  maraqlanıblar. Dəmir Yolu 
								Liseyinin tədris işləri üzrə direktor müavini 
								Ziloy Cabbarov səfər təəssüratlarını bizimlə 
								bölüşərək bildirdi ki, Ulan-Ude şəhərindəki 1 
								nömrəli Peşə Liseyi üçmərtəbəli  binada  
								yerləşir. Bina istilik, su və elektrik enerjisi 
								ilə  təmin  olunur. Liseydə  təhsil müddəti  1 
								və 3 ildir. Bizdə olduğu kimi, bu təhsil 
								ocağında da 594 şagird "Elektrovozun maşinist 
								köməkçisi", "Teplovozun maşinist köməkçisi", 
								"Hərəkət tərkibinin təmiri və xidməti üzrə  
								çilingər" və "Sərnişin vaqonlarının bələdçisi, 
								sığorta agenti" ixtisasları  üzrə  təhsil alır. 
								Şagirdlər 21 qrupda komlektləşdirilib. Onların 
								təlim-tərbiyəsi  ilə 20 müəllim, 17 istehsalat 
								təlimi ustası məşğul olur.Burada şagirdlər  
								yataqxanada qalır  və   hər gün onlara   3 dəfə 
								yemək   verilir. Həftənin I günü isə liseydə 
								"Sağlamlıq günü" elan  olunub.  Dərsdən  sonra  
								müəllim və şagirdlərin iştirakı ilə  müxtəlif  
								idman yarışları keçirilir. 
								
								
								 Liseydə 
								olarkən bizə bildirdilər ki, burada "Könüllü  
								yardım fondu" fəaliyyət göstərir  və hər bir 
								valideyn  həmin fonda ildə  5 min rubl pul 
								köçürür. 
								
								
								Səfər zamanı bizim üçün ən maraqlı məqamlardan 
								biri də Buryatiya Respublikasının təhsil 
								nazirinin 2 müavini və ilk texniki peşə  
								təhsili  şöbəsinin müdiri  ilə görüşlərimiz 
								oldu. Nəticədə iki lisey arasında əməkdaşlıq 
								haqqında müqavilə və bu il dekabr ayının 10-da 1 
								nömrəli Peşə Liseyinin 70 illik yubileyi 
								mərasimində iştirak etmək üçün niyyət protokolu 
								imzaladıq.  
								
								
								
								Şakir CƏFƏROV  |