| 
								 
								
								Bakıdakı 189 nömrəli orta məktəbdə Vətən 
								dərslərinin keçilməsi artıq ənənə halını  alıb. 
								Burada 10 ildir ki, "İstedad" studiyası  
								fəaliyyət göstərir və keçilən dərslər  müxtəlif 
								mövzuları əhatə edir. Növbəti 12-ci Vətən dərsi 
								"Bakı" mövzusuna həsr olunmuşdu. Öncə Dövlət 
								himni səsləndirildi. Qonaqları, pedaqoji 
								kollektivi və valideynləri salamlayan məktəbin 
								dil-ədəbiyyat müəllimi Şəhla  Gündüz  Bakının 
								yaranma tarixi, İçərişəhər, Qız  qalası və  
								tarixi şəxsiyyətlər  barədə iştirakçıları 
								ətraflı məlumatlandırdı.  
								
								
								Bakının  Çəmbərəkənd kəndində baş verən maraqlı 
								əhvalatlardan söz açıldı, Nuru  Paşa haqqında 
								videogörüntülər nümayiş olundu. "İstedad" 
								studiyasının üzvləri - Fuad Əhmədov, Ayşən 
								Quliyeva, Fidan Məmmədova, Aytac Qurbanzadə 
								vətənpərvərlik mövzusunda   şeirlər söyləyib, 
								rəngarəng proqramla çıxış etdilər. 
								
								
								164 nömrəli orta  məktəbin  8-ci sinif şagirdi 
								"Kimlik" studiyasının  fəal üzvü  Nərmin  
								Sayadzadə də öz məharətini  nümayiş etdirərək 
								"İçərişəhər" şeirini söylədi, "Nəlbəki" rəqsi 
								ifa olundu. Sonda  "İstedad" studiyasının 
								nəzdində fəaliyyət göstərən "Qanad" şagird  
								teatrının üzvləri  Firdus  Kərimzadə və  Nuray 
								Cəfərova görkəmli satira ustası M.Ə.Sabirin 
								şeirləri əsasında hazırlanan "Şikayət"  
								səhnəciyini nümayiş etdirdilər.  |