| 
								 
								
								Dekabrın 1-də 12 nömrəli Bakı Peşə Liseyində 
								Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 
								"Peşə təhsili və təlimi sahəsində islahatlar 
								strategiyası və Azərbaycanın seçilmiş rayonunda 
								pilot icrası" (AzVET) layihəsinə  həsr olunmuş 
								tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin 
								Texniki peşə təhsili şöbəsinin əməkdaşları, peşə 
								liseyi və peşə məktəblərinin direktorları, AzVET 
								layihəsinin İşçi Qrupunun üzvləri və müəllimlər 
								iştirak edirdilər. 
								
								
								 Tədbiri 
								giriş sözü ilə açan layihənin  rəhbəri Ann 
								Castis  bildirdi ki, Avropa İttifaqının TASİS 
								proqramı çərçivəsində həyata keçirilən "Peşə 
								təhsili və  təlimi sahəsində islahatlar 
								strategiyası və Azərbaycanın seçilmiş rayonunda 
								pilot icrası"(AzVET) layihəsi Britaniya Şurası, 
								"PEM GmbH" və "AaRhus Texniki Kolleci" 
								təşkilatlarından ibarət konsorsium tərəfindən 
								icra olunur.Layihə Avropa İttifaqı tərəfindən 
								maliyyələşdirilir,Azərbaycan hökuməti ilə sıx 
								əməkdaşlıq çərçivəsində həyata keçirilir. 
								 
								
								
								Təhsil Nazirliyinin Texniki  peşə təhsili 
								şöbəsinin müdiri Namiq Məmmədov qeyd etdi ki, 
								layihənin ümumi məqsədi Azərbaycanın qeyri-neft  
								sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi 
								və  peşə təhsili  məzunları üçün iş imkanlarının 
								artırılmasından ibarətdir. Bu layihədə 
								Azərbaycan Respublikasının Təhsil Nazirliyi, 
								Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 
								Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf 
								Nazirliyi və  Maliyyə Nazirliyi bizim 
								tərəfdaşlarımızdır. Həm də layihənin 
								vəzifələrindən biri Azərbaycan hökumətinə ilk 
								peşə-ixtisas təhsili üzrə Milli Strategiya və 
								Fəaliyyət Planının hazırlanmasında dəstək 
								olmaqdır. 
								
								
								Burada Milli Strategiyanın formalaşdırılması 
								sahəsində ən müasir metodlar nəzərə alınaraq 
								sübutlar üzərində qurulmuş yanaşmadan istifadə 
								etmək təklif  edilmişdir. Azərbaycanda ilk 
								peşə-ixtisas təhsili sahəsində mövcud  vəziyyət 
								təhlil edilmiş, lazımi məlumatlar əldə etmək və 
								bu barədə müzakirələr aparmaq üçün müvafiq 
								tərəflərlə müntəzəm olaraq görüşlər, iclaslar və 
								seminarlar keçirilmişdir. Bu iş həm də Bakıda və 
								bir sıra  müxtəlif regionlarda icra edilmişdir.
								 
								
								
								Verilən məlumatlardan sonra Namiq Məmmədov 
								tərəfindən ilk peşə-ixtisas təhsili ilə bağlı 
								geniş formada  təqdimat oldu. Təqdimatla 
								əlaqədar bəzi  suallar da cavablandırıldı. 
								
								
								Təhsil Nazirliyinin baş məsləhətçisi Kamil 
								Ağamalıyev, "Azərsun Holdinq" şirkətinin Tədris 
								və inkişaf mərkəzi şöbəsinin müdiri Şahnaz Aras, 
								Tacirlər və İstehsalçılar Birliyinin prezidenti 
								Sevgim Rəhmanov və başqaları layihə  barəsində 
								öz fikirlərini  dedilər.  
								
								
								Tədbir diskussiya formasında başa çatdı.  
								
								
								
								Şakir CƏFƏROV  |