| 
								 
								
								ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin 
								nümayəndələri Lənkəran Dövlət Universitetində 
								olmuşlar. Tələbələrlə keçirilən görüşü 
								universitetin rektoru, fizika-riyaziyyat elmləri 
								doktoru, əməkdar elm xadimi, professor Asəf 
								İsgəndərov açaraq qonaqlara ali məktəbin 
								fəaliyyəti barədə məlumat vermişdir.  
								
								
								Monterey şəhər merinin müavini Cefri Haferman 
								ABŞ-ın təhsil sistemindən, təmsil etdikləri 
								şəhərin elm, təhsil müəssisələrindən söhbət 
								açmış, tələbələri maraqlandıran suallara cavab 
								vermişdir. Monterey şəhər meriyasının üzvü, 
								xanım Nensi Selfric  Lənkərana gəlişindən məmnun 
								qaldığını söyləmiş, minnətdarlığını 
								bildirmişdir. 
								
								
								Görüşdə qeyd edilmişdir ki, Monterey və 
								Lənkəran  şəhərlərini dostluq və mədəni əlaqələr 
								birləşdirir. Qardaşlaşmış iki şəhər arasında 
								iqtisadi, mədəni və təhsil sahəsində əlaqələrin, 
								tələbə mübadiləsinin vacibliyindən danışılmış, 
								fikir mübadiləsi aparılmışdır. 
								
								
								Sonra qonaqlar universitetdə fəaliyyət göstərən 
								Heydər Əliyev muzeyinə baxmış, xatirə kitabına 
								ürək sözlərini yazmışlar.  
								
								
								
								Hacı Etibar ƏHƏDOV   |