| 
								 
								
								Məktəblilərin bilik səviyyəsinin yoxlanması, 
								eləcə də onların arasından respublika 
								yarışlarına namizədlərin seçilməsi məqsədilə 
								Gəncədə müxtəlif fənlər üzrə keçiriləcək 
								olimpiadalara hazırlıq mərhələsi başa 
								çatmışdır.   Gəncə Şəhər Təhsil İdarəsi metodiki 
								mərkəzinin direktoru Afaq Əliyeva AzərTAc-a 
								demişdir ki, dekabrın 5-də başlayacaq 
								olimpiadada 7-11-ci siniflərin şagirdləri 9 fənn 
								üzrə öz biliklərini nümayiş etdirəcəklər. 
								Təxminən 1000 nəfər əlaçı şagirdin iştirak 
								edəcəyi olimpiada üç mərhələdə keçiriləcəkdir. 
								Onlara şəhər məktəblərindən seçilmiş təcrübəli 
								müəllimlər nəzarət edəcəklər.   |