| 
								 
								
								Noyabrın 23-24-də Avropa Təhsil Fondunun 
								təşkilatçılığı ilə  İtaliyanın  Turin şəhərində  
								Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası 
								keçirilib. İclasa Avropa Birliyinə  üzv olan 
								ölkələrlə yanaşı, Avropa Qonşuluq Siyasəti üzrə 
								Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə - 
								Azərbaycan, Türkiyə və İordaniyanın 
								nümayəndələri də   dəvət edilmişlər. Sevindirici 
								haldır  ki, Avropa Təlim Fondunun Avropa 
								Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına 
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								Texniki peşə təhsili şöbəsinin müdiri Namiq 
								Məmmədov seçilib.  Fondun proseduruna əsasən 
								müşahidəçi  ölkə kimi qəbul olan üzvlər insan 
								resurslarının inkişafı üzrə  təşəbbüslərlə bağlı 
								AQS ölkəsinin mövqeyini bildirməkdə və iş 
								proqramlarının hazırlanmasında məsləhətçi rolunu 
								oynayacaqlar.  
								
								
								
								Ş.CƏFƏROV  |