| 
								 
								
								Azərbaycan Dillər Universitetində Təhsil 
								Nazirliyi, "Azəriqazbank", "Azərsun" Şirkətlər 
								Qrupu və "British Council"in dəstəyi ilə 
								"Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji 
								və ədəbi aspektlər" mövzusunda  ikigünlük  
								beynəlxalq elmi konfrans 26 noyabrda öz işini 
								yekunlaşdırdı. ADU-nun Heydər Əliyev adına 
								muzey-lektoriyasındakı bağlanış mərasimində elmi 
								işlər üzrə prorektor, professor Dünyamin Yunusov 
								keçirilən konfransın əhəmiyyətindən danışdı.
								 
								
								
								Sonra bölmə rəhbərləri hesabatlarında müzakirə 
								etdikləri məsələlərin səmərəliliyini daha da 
								artırmaq üçün bir sıra rəy və təkliflərini 
								bildirdilər və bu cür konfransların mütəmadi 
								keçirilməsinin məqsədəmüvafiq olduğunu qeyd 
								etdilər.   Beynəlxalq konfransın xaricdən olan 
								nümayəndələrinə sertifikat təqdim edildi. Sonda  
								konfransın yekun sənədi qəbul edildi. 
								 
								
								
								Konfrans çərçivəsində 4 bölmədə 250-yə yaxın 
								məruzə dinlənildi.   Bu məruzələr dil, 
								mədəniyyət, kulturologiya, tərcümə, informasiya, 
								qarşılıqlı əlaqələr və digər sahələri özündə əks 
								etdirirdi.   |