| 
								 
								
								Bakıdakı 10 nömrəli körpələr evi-uşaq bağçasında 
								"Buta" rəqs ansamblı 5 ilə yaxındır ki, 
								fəaliyyət göstərir. 42  üzvü öz  ətrafında   
								birləşdirən  ansambl  tez-tez müxtəlif  
								tədbirlərdə, şənliklərdə iştirak edir. Kollektiv 
								nümunəvi çıxışlarına görə dəfələrlə  fəxri 
								fərman  və diplomlarla mükafatlandırılıb. 
								Hazırda balaca  istedadlar  Yeni il  şənliyinə  
								səylə hazırlaşırlar. Milli və  dünya 
								rəqslərinin  ən gözəl nümunələri  ilə çıxış  
								edəcək  balacaların ən qiymətli hədiyyələri  
								alqışlar olacaqdır. 
								
								
								
								S.SƏFƏROVA  |