| 
								 
								
								Azərbaycan Təhsil  Şəbəkəsinin (AzEduNet) 
								rəhbəri Səməd Abbasovun bildirdiyinə görə, 
								"Elektron məktəb"  layihəsi çərçivəsində 
								məktəblərə  kommunikasiyaları  daha effektli  
								şəkildə  qurmağa imkan verən videozəng 
								funksiyası tətbiq olunur. 
								
								
								Bu layihə  "Azərbaycan Respublikasında təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı (2008-2012-ci illər)" çərçivəsində 
								Bakı, Sumqayıt və digər şəhərlərin 30 məktəbində 
								reallaşdırılır. Sözügedən layihə çərçivəsində 
								AzEduNet ən qabaqcıl CİSCO texnologiyalarını  
								tətbiq edir. Məktəblər şəbəkəyə fiberoptik kabel 
								ilə qoşulur. Məktəblərdə  CİSCO avadanlığı  və  
								videozəngli İP - telefoniya sistemi 
								quraşdırılır. AzEduNet  bu il tədris prosesində  
								keyfiyyətli videonun (SD/HD/ FullHD) geniş 
								şəkildə istifadəsi üçün  şərait yaradacaq 
								videotexnologiyaların  pilot tətbiqini 
								planlaşdırır. AzEduNet  şəbəkəsi vasitəsilə 
								çoxnöqtəli videokonfransların, interaktiv 
								videokommunikasiyaların və s. keçirilməsi 
								mümkün  olacaq.  
								
								
								
								S.SƏFƏROVA  |