|   | 
										
										
										Yerləşir:  | 
										
										 Almaniya 
										FR, Bavariya vilayəti, Münhen şəhəri | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1868-ci il  | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət     | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										
										460 nəfər professor, 4160  nəfər 
										akademik heyət, 2801 nəfər inzibati 
										heyət  | 
									 
									
										| 
										
										Tələbələrin ümumi sayı: | 
										
										
										25000 nəfər | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.tum.de | 
									 
								 
								
								
								  Münhen 
								Texniki Universiteti (almanca Technische 
								Universitat München) Almaniya Federativ 
								Respublikasında, Bavariya vilayətinin Münhen 
								şəhərində yerləşir və Avropanın ən nüfuzlu 
								elmi-tədqiqat mərkəzkərindən biridir. 
								Universitet dəqiq və texniki elmlər üzrə 
								ixtisaslaşıb. Bu ali təhsil ocağının 
								məzunlarından 16 nəfər Nobel mükafatına layiq 
								görülüb.  
								
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Münhen 
								Texniki Universiteti 100 ən yaxşı ali məktəb 
								arasında 55-ci yerdə olub. 2010-cu ildə dünyanın 
								ən nüfuzlu universitetləri arasında, "Times 
								Higher Education World University Rankings"in 
								açıqlamasına əsasən, Münhen Texniki Universiteti 
								101-ci, "QS World University Rankings"in 
								açıqlamasına əsasən isə 58-ci yerdədir. 
								
								
								Münhen Texniki Universiteti Avropa və Asiya 
								universitetlərini birləşdirən LAOTSE tələbə və 
								müəllimlərin beynəlxalq təşkilatının, TIME 
								(Avropanın Top Sənaye Müəssisələri) şəbəkəsinin 
								üzvüdür.  
								
								
								
								Tarixi  
								
								
								 1868-ci 
								ildə Bavariya kralı II Lüdviq politexnik məktəbi 
								yaradılması haqqında sənəd imzalayır. 1877-ci 
								ildə bu təhsil müəssisəsi rəsmi olaraq Bavariya 
								Kral Texniki Ali Məktəbi adlandırılır. 1901-ci 
								ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə 
								başlayır və elmi dərəcələr verilməyə başlanır. 
								1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və 
								"Veyenştefan" pivə zavodu məktəbə birləşdirilir. 
								1937-ci ildə Maksim Şmidt Nimfenburqda 
								universitetin binasını yaratmaq layihəsini 
								hazırlayır, lakin II Dünya müharibəsi onun 
								planlarını yarıda qoyur. 
								
								
								II Dünya müharibəsi zamanı ali məktəb 
								fəaliyyətini dayandırır, məktəbin 80%-i 
								dağıntıya məruz qalır. Məktəbdə dərslər 1946-cı 
								ildən başlayır, universitetin  yeni binaları, 
								kitabxanası tikilir. 1957-ci ildə Qarxinq 
								şəhərində universitet şəhərciyi tikilir. 1967-ci 
								ildə universitetin tibb fakültəsi açılır, İzar 
								çayının sağ sahilində klinika istifadəyə 
								verilir. 
								
								
								1970-ci ildə ali məktəbə Texniki Universitet adı 
								verilir. 1995-ci ildə kimyaçı professor Volfqan 
								German Münhen Texniki Universitetinin prezidenti 
								təyin edilir. Onun rəhbərliyi altında 
								universitet sürətlə inkişaf edir. 2000-ci ildə 
								Münhen Texniki Universitetində Veyenştefan Həyat 
								və Qida Elmləri, Torpaq istifadəsi və Ətraf 
								mühit Mərkəzi yaradılır. İki il sonra Sinqapurda 
								universitetin Alman Elm və Texnologiya  
								İnstitutu fəaliyyətə başlayır. 2004-cü il martın 
								2-də Hans Mayer-Leybnits adına Forschungsreaktor 
								Münhen II aparıcı neytron mənbəyi olan tədqiqat 
								mərkəzinin açılışı baş tutur. 2009-cu ildə 
								Münhen Texniki Universitetinin Təhsil Məktəbi 
								yaradılır.     
								
								
								2006-cı ilin noyabrından başlayaraq Münhen 
								Texniki Universiteti Karlsrue, Lüdviq və 
								Maksimilian Elit universitetləri ilə birgə 
								"Gələcək konsepsiyası" proqramının 
								iştirakçısıdır. Bu konsepsiyaya əsasən 
								universitet 2011-ci ilədək hər il 30 milyon avro 
								məbləğində dövlət yardımı alacaq.  
								
								
								
								Büdcəsi və təhsil haqqı  
								
								
								 2006-cı 
								il mayın 18-də Bavariyada "Ali təhsil haqqında" 
								qanuna dəyişikliklər edilib. 2006-cı ilin 1 iyun 
								tarixindən isə qanun qüvvəyə minib. Həmin 
								qanunun 101-ci maddəsinə əsasən, 2007-ci ildən 
								başlayaraq təhsil ödənişli olub.  
								
								
								2009-2011-ci illərdə Münhen Texniki 
								Universitetində tələbələrin təhsil haqqı bir 
								semestr ərzində 500 avro təşkil edir. 
								Qeydiyyatdan keçmək üçün isə tələbə 42 avro 
								ödəməlidir. 2009-cu ilədək burada tələbələrdən 
								50 avro dəyərində inzibati ödəniş tələb 
								olunurdu, lakin həmin il aprelin 1-dən bu ödəniş 
								ləğv edilib. 
								
								
								Münhen Texniki Universitetində tələbələrə 
								müxtəlif təqaüd təklif edilir. Təqaüdün məbləği 
								orta hesabla bakalavrlar üçün 580 avro, 
								magistrant və doktorantlar üçün isə 1050 avro 
								təşkil edir.  
								
								
								Münhendə yaşayış yeri tapmaq tələbələr üçün 
								xüsusilə oktyabr və noyabr aylarında,  çətindir. 
								Tələbələr, əsasən, xüsusi evlərdə kirayədə 
								qalırlar. Tələbə xidməti idarələri gənclərə bir 
								sıra yataqxanalar təklif edir. Burada otaqların 
								aylıq qiyməti 300-600 avro arasında dəyişir.   
								
								
								
								Universitet bu gün  
								
								
								 Münhen 
								Texniki Universiteti Münhen şəhərində İzar 
								çayının və A9 avtobanının yaxınlığında yerləşir. 
								Universitetin korpuslarını Münhen U-Bahn, 
								Qarxinq-Hoxbrük, Qarxinq və 
								Qarxinq-Forshunqzentrum metro stansiyaları 
								birləşdirir. Münhen füsunkar gözəlliyə malik 
								sakit və təhlükəsiz şəhərdir. Demək olar ki, 
								şəhərin gecə həyatı mövcud deyil.   
								
								
								Bir çox alman universitetləri kimi, Münhen 
								Texniki Universitetinin də kampusu yoxdur. Lakin 
								Qarxinq şəhərində yerləşən universitetin ərazisi 
								gündən-günə böyüyür və kampusu xatırladır. 
								Münhen Texniki Universitetinin əsas binası 
								Münhen şəhərinin mərkəzindədir. Münhendə 
								həmçinin ali məktəbin tibb kampusu, Veyenştefan 
								ərazisində Həyat və Qida Elmləri Mərkəzi 
								yerləşir.  
								
								
								Münhen Texniki Universitetində 133 proqram 
								təklif edən 13 fakültə mövcuddur. Bunlar 
								riyaziyyat, fizika, kimya, iqtisadiyyat, inşaat 
								və geodeziya, memarlıq, maşınqayırma, 
								elektrotexnika və hesablama texnikası, kompüter 
								elmləri, tibb, idman, təhsil fakültələri, 
								Veyenştefan Həyat, Qida Torpaq İstifadəsi və 
								Ətraf Mühit Mərkəzidir. Sadalanan fakültələrlə 
								yanaşı, universitetdə FRM-II Reaktor 
								tədqiqatları, Texnika və yarımkeçiricilər 
								fizikası departamenti (Valter Şottki İnstitutu), 
								Avropa Cənub Rəsədxanasının qərargahı, Maks 
								Planka institutları (atrofizika, fəza, plazma, 
								kvant optikası), Valter Maysner (aşağı 
								temperatur fizikası), Leybnits Rexenzentrum 
								institutları, Bavariya Tətbiqi Energetik 
								Tədqiqatlar, Reaktorların təhlükəsizliyi, Qlobal 
								tədqiqatlar və digər elmi-tədqiqat mərkəzləri 
								fəaliyyət göstərir.
								  
								
								
								Münhen Texniki Universiteti 140-dan çox ölkənin 
								ali məktəbləri ilə əməkdaşlıq edir, tələbə və 
								müəllim mübadiləsi aparır. Sinqapur Milli 
								Universiteti, Nanyanq Texnologiya Universiteti 
								ilə əməkdaşlıq çərçivəsində universitetin 
								Almaniya Elm və Texnologiya İnstitutu fəaliyyət 
								göstərir. Münhen Texniki Universiteti Danimarka, 
								Vyana, Corciya, Dehli, Sisindorn Beynəlxalq 
								texniki universitetləri, Stenford, İllinoys, 
								Kornell, Tsinxua, Tokio, Melburn və dünyanın 
								digər nüfuzlu universitetləri ilə beynəlxalq 
								əlaqələr qurur, birgə layihələr həyata keçirir. 
								
								
								Münhen Texniki Universitetinin idarə olunması 
								İcra Şurası, Dekanlar Departamenti, Mərkəzi Elmi 
								Müəssisələr İdarəsi tərəfindən həyata keçirilir. 
								Ali məktəbin  prezidenti professor Volfqanq 
								Hermanndır. Ali məktəbdə 460 nəfər professor, 
								4160 nəfər akademik heyət, 2801 nəfər inzibati 
								heyət çalışır.
								  
								
								
								Münhen Texniki Universitetində ümumilikdə 25000 
								nəfər tələbə qeydə alınıb. Onların 4000-nə 
								yaxını dünyanın müxtəlif ölkələrindən gəlmiş 
								əcnəbi tələbələrdir. Münhen Texniki 
								Universitetində də dünyanın digər ali 
								məktəblərində olduğu kimi, müxtəlif tələbə 
								təşkilatları, birliklər, idman komandaları 
								fəaliyyət göstərir, gənclərin dərsdən sonrakı 
								asudə vaxtlarını səmərəli keçirmələri üçün 
								rəngarəng tədbirlər təşkil olunur.  
								
								
								Almaniya təhsil sistemi hər zaman dünyəviliyi, 
								yüksək səviyyədə təşkil olunması ilə seçilib və 
								digər ölkələr üçün nümunə olub. Müxtəlif 
								dövlətlərdə yeni yaradılan dövlət və özəl ali 
								məktəblər alman prinsiplərini üstün tutaraq ona 
								əməl etməyə çalışıb. Münhen Texniki Universiteti 
								alman təhsil sisteminin ən yaxşı cəhətlərini 
								özündə birləşdirən elmi-tədqiqat mərkəzidir. 
								Xüsusilə dəqiq və texniki elmlər üzrə 
								ixtisaslaşmış Münhen Texniki Universiteti 
								dünyaya çoxlu sayda alimlər, dahi şəxslər, eləcə 
								də  saysız-hesabsız elmi nailiyyətlər bəxş edib 
								və bu missiyasını layiqincə yerinə yetirməkdə 
								davam edir.    
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Herxard Etl  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Volfqanq Ketterel | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Rihard Robert Ernst   | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert Hyunber  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Dizenhofer | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ernst Otto Fişer | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Hans Fişer  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Henrix Otto Viland | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ervin Neher   | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Konrad Emil Bloç | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Fedor Linen | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Volfqan Paul | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ernst Ruska | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Klaus fon Klitsinq  | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Rudolf Moblauer | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Robert Şriffer | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Karl Aleksandr Müller | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Tomas Mann | 
										
										
										ədəbiyyat üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |