| 
								 
								
								Azərbaycan Respublikası Prezidentinin "Mirzə 
								Ələkbər Sabirin 150 illik yubileyinin 
								keçirilməsi haqqında" 941 nömrəli 01 iyun 
								2010-cu il tarixli sərəncamının icrasını təmin 
								etmək məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Böyük Azərbaycan şairi, bədii-ictimai fikir 
								tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli 
								maarifpərvər Mirzə Ələkbər Sabirin anadan 
								olmasının 150 illik yubileyinin keçirilməsinə 
								dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq 
								edilsin. 
								
								
								2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər 
								təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, 
								orta ixtisas, texniki peşə təhsili 
								müəssisələrinin rəhbərləri tədbirlər planının 
								icrasını təmin etsinlər və hər il görülmüş işlər 
								haqqında nazirliyə məlumat versinlər. 
								 
								
								
								3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində dərc 
								olunmasını təmin etsin. 
								
								
								4. Ümumi şöbə (H.Məhərrəmova) əmr və tədbirlər 
								planının çoxaldılıb yerlərə çatdırılmasını təmin 
								etsin.  
								
								
								5. Əmrin icrasına nəzarət nazir müavini 
								E.Qasımova həvalə edilsin.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								24 iyun 2010-cu il    |