| 
								 
								
								İyunun 14-də Azərbaycan Dillər Universitetinin  
								Heydər Əliyev adına Muzey-lektoriyasında Yay 
								məktəbində iştirak edəcək amerikalı tələbələrlə 
								görüş keçirildi. 
								
								
								Tədbiri giriş sözü ilə ADU-nun beynəlxalq 
								əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova  
								açaraq universitetdə fəaliyyət göstərən şöbələr 
								haqqında ətraflı  məlumat verdi və Azərbaycan 
								xalqının etnik xüsusiyyətləri, milli mənəvi 
								dəyərlərini əks etdirən   geniş təqdimatla  
								çıxış etdi. 
								
								
								Tədbirdə  ADU-nun elmi işlər üzrə prorektoru, 
								professor Dünyamin Yunusov tələbələrə  
								Azərbaycanın milli  mənəvi  dəyərlərini əks  
								etdirən tarixi yerlərini, muzeyləri gəzməyi 
								tövsiyə etdi və beləliklə, Azərbaycanı daha da 
								yaxından tanıyacaqlarını,  səfərdən böyük  zövq  
								alacaqlarını  söylədi. 
								
								
								Sonra  ABŞ-ın ölkəmizdəki səfirliyinin 
								ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri 
								Devidson  Azərbaycan və  Amerika arasında təhsil 
								əlaqələrinin mövcud olduğunu və gələcəkdə bu 
								prosesin daha da inkişaf edəcəyinə inandığını 
								qeyd etdi. Keçirilən bu tipli tədbirlərin 
								tələbələrin  dünyagörüşlərinin və  təhsil 
								səviyyələrinin  artmasına yardımçı olacağını 
								bildirdi.   
								
								
								Bunun üçün  ABŞ-ın müxtəlif universitetlərini 
								təmsil edən 8 tələbənin ADU-da keçirəcəkləri Yay 
								məktəbi çərçivəsində Azərbaycan mədəniyyətini, 
								tarixini, adət-ənənələrini öyrənmək  məqsədilə 
								iki ay müddətində ölkəmizdə olacağı tədbir 
								iştirakçılarının nəzərinə çatdırıldı. 
								
								
								
								Ş.CƏFƏROV  |