| 
								 
								
								 2009-2010 
								-cu tədris ilinin yay imtahan sessiyasında 
								tələbələrin biliyinin qiymətləndirilməsində 
								şəffaflığı və obyektivliyi təmin etmək, yarana 
								biləcək neqativ halları vaxtında aradan 
								qaldırmaq  məqsədilə Azərbaycan Dövlət Pedaqoji 
								Universitetində lazımi tədbirlər görülüb. 
								 
								
								
								Bu barədə məlumat verən ADPU-nun rektoru,   
								AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov 
								bildirdi ki,  dördüncü ildir əyani şöbədə oxuyan 
								bütün tələbələr imtahanları Boloniya prosesinin 
								tələbləri səviyyəsində kompüter vasitəsi ilə 
								verirlər. Gələcəkdə qiyabi şöbədə oxuyan 
								tələbələr üçün  də bu sistem nəzərdə tutulub. 
								
								
								Rektor Y.Məmmədov  onu da əlavə etdi ki, 
								universitetdə gedən hər bir imtahanın gedişinə 
								özü kompüter vasitəsilə nəzarət edir və  "Qaynar 
								xətt"  fəaliyyət göstərir.    
								
								
								  
								
								 
								
								Biz keçirilən imtahanları  yerində  müşahidə 
								etmək məqsədilə ADPU-nun tədris-metodika 
								şöbəsinin müdiri, dosent Namiq Hacıyev və 
								universitetin nəzarət qrupunun rəhbəri, dosent 
								Qulaməli  Balaşovla birlikdə  tələbələrin 
								imtahan verdikləri kompüter mərkəzinə daxil  
								olduq. Burada "VEDU.TEST" sistemi ilə   imtahan 
								gedirdi. Tarix fakültəsinin 204-205, pedaqoji 
								fakültənin 301-302, qonşu otaqda isə  kimya 
								fakültəsinin 202-203-cü qrup tələbələri   
								imtahan verirdilər. Zal nəzarətçiləri  
								imtahanların gedişinə ciddi nəzarət edirdilər. 
								Tarix fakültəsinin tələbələrindən  Salman 
								Salmanov, Leyla Yolçuyeva və Mahmud Adıgözəlov 
								sualları cavablandıraraq vaxtından əvvəl imtahan 
								verdilər.   
								
								
								Həmin gün   tələbələr  və valideynlər 
								imtahanların şəffaf və obyektiv keçməsi üçün 
								yaradılan şəraitə görə universitet 
								rəhbərliyindən razılıq etdilər. 
								
								
								
								Şakir CƏFƏROV  |