| 
								 
								
								 Bakıdakı 
								175 nömrəli uşaq bağçasında  6  qrupda  150-dən 
								çox uşaq tərbiyə olunur. Onlardan 38-i 
								2010-2011-ci dərs ilində ilk  dəfə  əlinə çanta 
								alıb məktəbə gedəcək. Bu münasibətlə iyunun 
								24-də tərbiyə ocağında  "Əlvida  bağça,  salam  
								məktəb"  adı  altında  tədbir  keçirildi.  
								Tədbirdə  Təhsil Nazirliyindən,  yerli  icra  
								hakimiyyətindən  nümayəndələr,  millət 
								vəkilləri  və  digər  qonaqlar  iştirak  
								edirdilər.  
								
								
								Tədbiri giriş sözü ilə məktəbə hazırlıq qrupunun 
								tərbiyəçisi Sevinc Behbudova açaraq balaca 
								fidanları və onların valideynlərini təbrik etdi. 
								Tədbir iştirakçıları alqışlarla balacaları 
								səhnəyə dəvət etdilər. Fidan məzunlar 
								bir-birindən maraqlı rəqs nömrələri, səhnəciklər 
								göstərərək tədbiri unudulmaz xatirəyə 
								çevirdilər.  
								
								
								Tədbirdə iştirak edən Təhsil Nazirliyi 
								Aparatının rəhbəri İlham Pirməmmədov balaca 
								fidanları və onların valideynlərini təbrik etdi. 
								Bu gözəl tədbirin yüksək səviyyədə 
								hazırlanmasına görə tərbiyə ocağının rəhbəri 
								Zemfira xanıma və kollektivə təşəkkürünü 
								bildirdi.  
								
								
								Mərasimin sonunda balacalar "Əlvida bağça" şeiri 
								ilə tərbiyə ocağına əlvida dedilər.  
								
								
								Rəşad ZİYADOV  |