| 
								 
								
								 İyunun 
								24-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq 
								Sarayının Uşaq Rəsm Qalereyasında "Azərbaycanı 
								sev və öyrən" mövzusunda turist-diyarşünaslıq 
								ekspedisiyasının respublika baxış müsabiqəsi 
								keçirildi. Müsabiqəni keçirməkdə məqsəd gənc 
								nəslə doğma diyarı sevdirmək, onlara 
								vətənpərvərlik hissləri aşılamaq, məktəblilər 
								arasında turizm-diyarşünaslıq işini təbliğ 
								etməkdən ibarətdir. 
								
								
								Tədbiri giriş sözü ilə açan Respublika Gənc 
								Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru 
								Alik Məmmədov məlumat verərək bildirdi ki, 
								müsabiqə 7 bölmə üzrə 2 mərhələdə keçirilmişdir. 
								Bu bölmələr üzrə final mərhələsinə 305-dən çox 
								iş təqdim edilmiş və onlardan 21 nəfəri qalib 
								müəyyən edilmişdir. 
								
								
								Sonra  Təhsil Nazirliyinin Tərbiyə və 
								məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri 
								Ağababa İbrahimov çıxış edərək təhsil naziri 
								Misir Mərdanovun salamını və təbrikini qaliblərə 
								çatdırdı. A.İbrahimov belə müsabiqələrin 
								keçirilməsini təqdirəlayiq hal kimi 
								qiymətləndirərək qeyd etdi ki, gənclərimizin 
								Azərbaycanı yaxından tanıması və onun hər bir 
								bölgəsi haqqında ətraflı məlumat əldə etməsi 
								vacib amillərdəndir. Qeyd edildi ki, belə 
								müsabiqələrin gələcəkdə də keçirilməsi qarşıda 
								duran vəzifələrdən biridir. 
								
								
								Müxtəlif nominasiyalar üzrə I, II, III yerləri 
								tutmuş qaliblər Təhsil Nazirliyinin diplom və 
								hədiyyələri ilə mükafatlandırıldılar. 
								
								
								
								Niyazi RƏHİMOV  |