| 
								 
								
								Milli Qurtuluş Günü ərəfəsində Şərur Rayon 
								Təhsil Şöbəsinin inzibati binası istifadəyə 
								verilmişdir.  
								
								
								Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
								sədri Vasif Talıbov rayon təhsil şöbəsinin 
								kollektivini yeni inzibati binanın açılışı 
								münasibətilə təbrik edərək demişdir ki, təhsil 
								şöbəsi 59 ümumtəhsil məktəbini, məktəbdənkənar 
								müəssisəni, 10989 şagirdi, 1728 müəllimi 
								birləşdirən böyük bir şəbəkəyə malikdir. Son 15 
								ildə Şərur rayonunda 9444 şagird yerlik 26 
								məktəb binası tikilmiş, yaxud da yenidən 
								qurularaq istifadəyə verilmişdir. Hazırda  3  
								məktəbdə  tikinti və yenidənqurma işləri davam 
								etdirilir.  
								
								
								Azərbaycan Prezidentinin müvafiq Sərəncamına 
								uyğun olaraq məktəblərin kompüterləşdirilməsi 
								işi də uğurla həyata keçirilir. Rayonun 
								məktəblərində 529 kompüter quraşdırılmış, 
								onların 412-si İnternet şəbəkəsinə qoşulmuşdur.
								 
								
								
								Təhsil sahəsində həyata keçirilən tədbirlərin 
								davamı olaraq ümumtəhsil məktəblərində 56 
								elektron lövhə quraşdırılaraq müəllim və 
								şagirdlərimizin istifadəsinə verilmişdir. 
								Rayonun məktəblərində 310 mindən çox dərslik və 
								bədii ədəbiyyat toplanmışdır. Bütün bunlar əsası 
								ümummilli liderimiz Heydər Əliyev tərəfindən 
								qoyulan təhsil sistemində islahatların məntiqi 
								davamıdır.  
								
								
								Cari tədris ilində rayonda 781 məzun orta 
								məktəbi bitirmişdir. Onların 499 nəfəri sınaq 
								testlərində iştirak etmişdir. İştirakçı 
								şagirdlərin 221-i keçid balı toplamış, 19 nəfər 
								500-700 intervalında bal toplamışdır. 
								 
								
								
								Sonra yeni binaya baxış keçirilmişdir. 
								 
								
								
								Yenidən qurularaq rayonun təhsil işçilərinin 
								istifadəsinə verilən ikimərtəbəli inzibati 
								binada 18 otaq vardır. 80 nəfərlik iclas zalı, 
								iş otaqları yeni mebel və digər avadanlıqla 
								təchiz edilmişdir. Qış mövsümündə binanın 
								istiliklə təmin olunması üçün qazanxana 
								quraşdırılmışdır.   |