| 
								 
								
								 Noyabrın 
								23-də Azərbaycan Respublikasının Prezidenti 
								yanında Dövlət İdarəçilik Akademiyasında 
								Avstriya mədəniyyət günlərinin keçirilməsi ilə 
								əlaqədar Avstriya Respublikasının  ölkəmizdəki 
								fövqəladə və səlahiyyətli səfiri xanım Silvia 
								Mayer-Kaybiç və sabiq səfir Alfred Missonqla 
								görüş keçirildi.  
								
								
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Dövlət İdarəçilik Akademiyasının tədris işləri 
								üzrə I prorektoru, professor Əlikram Abdullayev 
								tədbiri giriş sözü ilə açaraq qonaqları ali 
								təhsil ocağında görməsindən məmnunluq hissi 
								keçirdiyini bildirdi. Ölkələrimiz arasında 
								siyasi, iqtisadi, mədəni, elm sahələrində 
								əməkdaşlığın  uğurla inkişaf etməsində ölkə 
								başçısı cənab İlham Əliyevin xidmətlərini xüsusi 
								qeyd edən prorektor daha sonra xalqlarımızın 
								dostluq əlaqələrindən ətraflı danışdı. 
								Avstriyanın dövlət qulluğu və kadrların 
								idarəolunması sahəsində böyük təcrübəyə malik 
								olduğunu bildirən professor Ə.Abdullayev bu 
								sahədə iki ölkə arasında əlaqələrin 
								genişləndirilməsinin zəruriliyini vurğuladı. 
								Prorektor səfir xanım Silvia Mayer - Kaybiçə 
								ölkəmizdə həyata keçirdiyi bu yüksək missiyada 
								uğurlar arzuladı. 
								
								
								 Avstriya 
								Respublikasının ölkəmizdəki fövqəladə və 
								səlahiyyətli səfiri xanım Silvia Mayer- Kaybiç 
								çıxışında keçirilən  tədbiri yüksək 
								qiymətləndirdi, bunun ölkələrimiz arasında elm 
								sahəsində əməkdaşlığın gələcək inkişafına öz 
								gərəkli töhfəsini verəcəyinə ümidvar olduğunu 
								söylədi. O, eyni zamanda ölkələrimizin daha da 
								yaxınlaşması, mövcud olan əməkdaşlığın gələcəkdə 
								də  inkişaf etməsi üçün səfir kimi əlindən 
								gələni edəcəyini  dedi. 
								
								
								Sonda səfir Silvia Mayer- Kaybiç və Alfred 
								Missonq səmimi dostluq şəraitində keçən görüşə 
								görə ali təhsil ocağının rəhbərliyinə və 
								kollektivinə minnətdarlıqlarını bildirdilər.  
								
								
								
								Samirə KƏRİMOVA  |