| 
								 
								
								 Paytaxtın 
								orta ümumtəhsil məktəblərində İKT-dən istifadə 
								əvvəlki illərlə müqayisədə xeyli 
								genişləndiyindən şagirdlərdə informasiyalaşmış 
								cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla 
								işləmə bacarıqları və kompüterdən istifadə  
								vərdişləri artmışdır.  
								
								
								Biz bununla əlaqədar  Bakıdakı 57 və 157 nömrəli 
								orta məktəblərin rəhbərləri  ilə əlaqə 
								saxlayaraq, bu sahədə olan yeniliklərlə 
								maraqlandıq. 
								
								
								57 nömrəli orta məktəbin direktoru  Aidə 
								Əhmədova  bildirdi ki,   təhsil ocağında 45 
								kompüterdən ibarət  üç  kompüter otağı 
								yaradılıb. Tədris zamanı şagirdlərdə ətraf aləmi 
								informasiya baxımından təhlil və qərar  qəbul 
								etmək bacarıqlarının  formalaşdırılması təmin 
								olunur. Dərslərdə elektron dərsliklərdən geniş 
								istifadə olunması şagirdlərin mövzuları daha 
								dərindən mənimsəmələrinə kömək edir.  Hazırda I 
								və II siniflərdə oxuyan  şagirdlər informatika 
								müəllimlərindən  Rəqiyyə Rəhimova  və   Aidə 
								Kələntərovanın gərgin əməyi sahəsində  İKT-nin 
								sirlərinə həvəslə yiyələnirlər. 
								
								
								157 nömrəli orta məktəbin direktoru Gülayə 
								Səttarova isə  qeyd etdi ki, cari tədris ilinin 
								ilk günündən I və II  siniflərdə dərs deyən 
								informatika müəllimləri Sevda Şıxlızadə, Səyarə 
								Məmmədova, Cəmalə Nəbiyeva şagirdlərdə bu fənnə 
								qarşı böyük həvəs yaradıblar. Nəticədə I və II 
								sinif  şagirdlərində alqoritmik təfəkkür 
								elementlərinin yaradılması və  kompüter 
								texnikasından istifadə etmək qabiliyyətinin 
								formalaşdırılması lazımınca təmin olunub. 
								Məktəbə Təhsil Nazirliyi tərəfindən 44 kompüter 
								verilib. Təhsil ocağında üç kompüter otağı var. 
								150 müəllimdən 100-ü kompüterdən sərbəst 
								istifadə edir.  
								
								
								Şagirdlər kompüterlə sərbəst  davranır, sadə 
								əməliyyatları icra  edirlər. Həmçinin  
								müəllimlərin zəhməti nəticəsində  sadə  mətnləri 
								yığır, redaktə edir və onlara  rəsmlər daxil  
								etməyi də bacarırlar.      
								
								
								
								Rəşad ZİYADOV  |