| 
								 
								
								 Noyabrın 
								23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində 
								Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı  
								keçirildi. Konfransı giriş sözü ilə  ADPU-nun 
								elmi işlər  üzrə  prorektoru, professor Vilayət 
								Əliyev açaraq TEC-in fəaliyyətini müsbət 
								qiymətləndirdi. Qeyd edildi ki, son illər 
								universitet rəhbərliyinin xüsusi qayğı və 
								diqqəti sayəsində tələbə-gənclərin elmə marağı  
								artır, elmi axtarışlarının səviyyəsi ildən-ilə 
								yüksəlir. Hazırda universitetin tələbələri 
								respublikamızda keçirilən bütün mötəbər elmi  
								toplantılarda fəal iştirak edirlər. 70-ci elmi 
								konfransda ADPU-nun 370 tələbəsinin iştirak 
								etdiyini bildirən professor Vilayət Əliyev 
								konfransın  12 bölmədə  2 gün davam edəcəyini 
								diqqətə çatdırdı. Konfransın materialları nəfis 
								tərtibatla 500 səhifəlik kitabda çap olunub. 
								V.Əliyev çıxışının sonunda  konfransın işinə  
								uğurlar arzuladı. 
								
								
								Tədbirdə ADPU-nun TEC-in sədri, dosent Əli 
								Zalov,  professorlardan S.Məmmədov, M.Murquzov, 
								Ə.Fərəcov, tələbələrdən İ.Səmədova, K.İmanova və 
								başqaları çıxış edərək TEC-in fəaliyyətindən, 
								keçirilən konfransın tələbə-gənclərin həyatında 
								mühüm rolundan danışdılar.  
								
								
								
								Şakir CƏFƏROV, 
								ADPU-nun dissertantı  |