| 
								 
								
								Kişinyov şəhərində Avropa Birliyinin təhsildə 
								informasiya texnologiyalarının tətbiqinə həsr 
								olunmuş "dəyirmi masa" keçirilib. 
								
								
								"Dəyirmi masa"da  "eTwininq platforması: 
								məktəblər üçün birlik", "eTwininq: XXI əsrin  
								pedaqogikası", "Müəllimlərin eTwininq 
								çərçivəsində peşəkar inkişafı", "İnternet - 
								təhlükəsizlik" və s. mövzular geniş müzakirə 
								olunub. "2008-2012-ci illərdə  Azərbaycan 
								Respublikasında  təhsil sisteminin 
								informasiyalaşdırılması üzrə  Dövlət Proqramı" 
								çərçivəsində  ölkəmizi  bu tədbirdə  Təhsil 
								Nazirliyinin  Təhsil  Sisteminin 
								İnformasiyalaşdırılması  İdarəsinin treninq və 
								monitorinq şöbəsinin müdiri  Ramil Süleymanov, 
								Bakı Avropa Liseyinin  direktor  müavini Rəhilə 
								Əliyarzadə, Rabitə və İnformasiya 
								Texnologiyaları  Nazirliyinin  İnformasiya  
								cəmiyyətinin inkişafı şöbəsinin baş 
								məsləhətçisi  Etibar Umudov təmsil ediblər. 
								
								
								Proqram Avropa ölkələrinin  məktəbləri üçün 
								vahid bir İnternet-platformada  ünsiyyət qurmaq 
								üçün planlaşdırılıb. Proqram çərçivəsində 
								yaradılmış İnternet-portal vasitəsilə  müxtəlif 
								ölkələrin məktəbliləri ünsiyyət qurur, 
								bir-birlərinə mədəniyyətləri, tarixləri və digər 
								sahələri haqqında məlumat verə bilirlər. 
								Proqram  artıq 5 ildir ki, reallaşdırılır və bu 
								müddət ərzində  müxtəlif ölkələrin minlərlə 
								müəllim və məktəblisi arasında virtual ünsiyyət 
								yaranıb.  
								
								
								
								S.SƏFƏROVA  |