| 
								 
								
								Noyabrın 23-də Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin təşəbbüsü, teleradio və media 
								nümayəndələrinin iştirakı ilə paytaxtın 11 
								rayonundakı ümumtəhsil məktəblərində reydlər 
								keçirildi. Reydlərdə məqsəd təhsil ocaqlarında 
								məktəbli formasından istifadə edilməsi 
								vəziyyətini və davamiyyəti yoxlamaq idi. 
								Reydlər  paytaxtın 11 rayonunda  eyni  vaxtda   
								keçirildi. 
								
								
								 Bizim 
								də daxil olduğumuz monitorinq qrupu reydə Xətai 
								rayonundakı 27 nömrəli orta məktəbdən başladı. 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi 
								Uğurlu Abbasovun da iştirak etdiyi reyddə 
								şagirdlərin vahid məktəbli formasına və 
								davamiyyətə riayət  olunması yoxlandı. Buradakı 
								vəziyyəti qənaətbəxş hesab etmək olardı. Belə 
								ki, ibtidai siniflərdə istər vahid məktəbli 
								forması, istərsə də davamiyyət normal vəziyyətdə 
								idi.  
								
								
								Sonra 55 nömrəli məktəbə yollandıq. 1900-cü 
								ildən istifadədə olan məktəbin sinif otaqlarında 
								ümumi səliqə-sahman var idi. Vahid məktəbli 
								formasına əməl olunurdu. Aşağı siniflərdə  
								davamiyyət 100% olsa da,  X-XI siniflərdə 
								şagirdlərin davamiyyəti 95% idi. 
								
								
								Sözügedən məsələ ilə bağlı 287 nömrəli  
								lZəkalar» liseyində də vəziyyət ürəkaçan idi.  
								Vahid məktəbli formasına tam əməl olunan 
								liseydə, şagirdlərin dərsə  davamiyyətini də 
								normal qiymətləndirmək olar. Liseyin tədris 
								binasının kiçik olmasına baxmayaraq, şagirdlərin 
								bilik və bacarıqlarını əks etdirən lövhələr 
								təqdirəlayiq idi. 
								
								
								95 nömrəli  orta məktəbə baxış zamanı ibtidai 
								sinif şagirdlərini vahid formada görsək də, 
								yuxarı sinif şagirdlərinin bəzilərinin dərs 
								zamanı  gödəkcədə oturduqlarını müşahidə etdik. 
								Məktəbin direktoru Tahir Süleymanov bunun 
								səbəbini istilik sisteminin tam işlək vəziyyətdə 
								olmaması ilə əlaqələndirdi. 
								
								
								Sonda qeyd edək ki,  xırda nöqsanları nəzərə 
								almasaq, məktəblərdə vəziyyətin bu baxımdan 
								normal, istər vahid məktəbli formasının tətbiqi, 
								istərsə də şagirdlərin dərsə davamiyyətini 
								qənaətbəxş hesab etmək olar.  
								
								
								
								Niyazi RƏHİMOV  |