| 
								 
								
								Noyabrın 26-da Quba rayonunun Olimpiya 
								mərkəzində  taekvando üzrə uşaq, yeniyetmə, gənc 
								oğlan və qızlar arasında "Təhsil" Respublika 
								İdman Mərkəzinin Açıq Respublika birinciliyinə 
								start veriləcək.  
								
								
								İki gün davam edəcək birinciliyə respublikanın 
								şəhər və rayonlarından ümumilikdə 11 komanda 
								dəvət olunub.  Yarışın qalibləri "Təhsil" 
								Respublika İdman Mərkəzinin müvafiq dərəcəli 
								diplomları, medallar və qiymətli hədiyyələrlə 
								təltif olunacaqlar.  
								
								
								
								R.RAMAZANOĞLU  |