| 
								 
								
								
								Sual: 
								Bəzən mübahisəyə səbəb olur ki, məktəbin 
								verildiyi şəxsin adı  kəndin və ya şəhərin 
								adından qabağa keçməlidir. Bu məsələyə aydınlıq 
								gətirməyinizi xahiş edirik. 
								
								
								
								Malik Aranlı, 
								İmişli rayonu 
								
								
								
								Cavab: 
								Məktəbinizin adı "Təhsil  haqqında" Azərbaycan 
								Respublikası Qanununa  uyğun olaraq  İmişli 
								rayonu Natiq Əsədov adına Aranlı kənd 2 nömrəli 
								tam orta məktəbi kimi  adlandırılmalıdır. 
								 
								
								
								 Sual: 
								V sinifdə valideynin ərizəsi və xahişi əsasında 
								sinfi rus və ingilis dili qruplarına  bölmək 
								olar, ya yox? 
								
								
								
								Şəmsiyyə Mustafayeva, 
								Biləsuvar rayonu. 
								
								
								
								 Cavab: 
								"Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün 
								tədris planlarının təsdiqi haqqında Təhsil 
								Nazirliyinin 12.06. 2010-cu il  tarixli, 784 
								nömrəli əmrinə   müvafiq olaraq  müəyyən olunmuş 
								xarici dillərdən biri (ingilis, alman, fransız, 
								rus, ərəb, fars) məktəbdə pedaqoji kadr 
								potensialı olduğu   təqdirdə  valideynin  
								arzusuna əsasən seçilib tədris olunur. Bu zaman  
								varislik prinsipi 
								gözlənilməlidir.                                                                     
								        
								 
								
								
								
								Sual:  
								Orta  ümumtəhsil  məktəblərində İqtisadiyyat 
								fənnini ilk növbədə hansı  ixtisas müəllimi 
								tədris etməlidir? 
								
								
								
								Qinyaz Məmmədov, 
								Şəki rayonu  
								
								
								
								Cavab: 
								Həmin fənn üzrə  ixtisasartırma kursu keçmiş 
								müvafiq ixtisas müəllimlərindən biri  bu fənni  
								tədris  edə bilər. 
								
								
								
								Əhliyyət Adıgözəlov,  
								Təhsil Nazirliyinin  baş məsləhətçisi. 
								 
								
								
								
								Sual: 
								Politologiya İnstitutunu bitirənlər orta 
								ümumtəhsil məktəblərində müəllim işləyə  
								bilərlər, yoxsa yox? 
								
								
								
								Əvəz Məmmədov, 
								Lerik rayonu 
								
								
								
								Cavab: 
								Mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində 
								pedaqoji ali və ya orta ixtisas məktəblərini 
								bitirənlər ümumtəhsil məktəblərində müəllim 
								işləyə bilərlər. Lakin pedaqoji ixtisaslar üzrə 
								kadr hazırlığını həyata keçirmədiyinə görə həmin 
								ali təhsil müəssisəsini bitirənlər ümumtəhsil 
								məktəblərində müəllim işləyə bilməzlər. 
								
								
								
								Kəmalə Mirzəyeva,  
								Təhsil Nazirliyinin baş məsləhətçisi 
								 
								
								
								
								Sual: 
								"Bayram günləri üçün müəllimə əməkhaqqı 
								ödənilməlidirmi? 
								
								
								
								German Bayramov, 
								Zaqatala rayonu 
								
								
								
								Cavab:  
								Növbəti əmək  məzuniyyətindən  qayıdaraq 
								sentyabrın1-15-də işdə hesab olunan müəllimlərin 
								əməkhaqqı keçən dərs ilinin orta aylıq 
								əməkhaqqına əsasən hesablanıb ödənilir. Belə ki, 
								keçən ilin orta aylıq əməkhaqqı sentyabr ayının 
								iş günlərinin sayına (bayrama və  istirahət 
								günləri çıxılmaqla) bölünür, alınan bir günlük 
								əməkhaqqı məbləği sentyabrın 1-15 arasında olan 
								iş günlərinin sayına vurulmaqla hesablanıb 
								ödənilir. 
								 
								
								
								
								Sual:  
								Özəl ali məktəblərdə  hər il təhsil haqqının 
								artırılması nə dərəcədə qanunauyğundur? 
								
								
								
								Cavab:  
								Qeyri-dövlət ali məktəblərində təhsil haqqı 
								həmin ali məktəblərin nizamnaməsinə əsasən 
								müvafiq qaydalara əsaslanaraq təhsil 
								müəssisəsinin özü tərəfindən müəyyənləşdirilir.  
								
								
								
								Zahid Nağıyev, 
								Təhsil Nazirliyinin baş məsləhətçisi 
								 
								Hazırladı: 
								Şakir CƏFƏROV  |