| 
								 
								
								 Bakıdakı 
								106 nömrəli orta məktəbin 1999-2000-ci il 
								təvəllüdlü şagirdləri idmanın mini-futbol növü 
								üzrə uğur qazanıblar. Komandanın rəhbəri Rəcəb 
								Vəliyevin sözlərinə görə, yetirmələri Qaradağ 
								rayonu üzrə keçirilən yarışlarda fərqlənərək 
								Bakı şəhər məktəbləri arasında keçirilən 
								spartakiadaya vəsiqə qazanıblar. 11 rayonun 
								məktəblilərinin iştirak etdiyi turnirdə  II yeri 
								tutan komanda gələn il də müxtəlif yarışlarda 
								iştirak edəcək. Komandanın məqsədi mini-futbol 
								yarışlarında daha uğurlu nəticələr əldə 
								etməkdir. 
								
								
								*** 
								
								
								139 nömrəli orta məktəbin IX sinif şagirdi Elxan 
								Gülmalıyev idmanın "karate-kobudo" növü ilə 
								məşğul olur. Uşaq yaşlarından idmana böyük maraq 
								göstərən Elxan valideynlərinin dəstəyi ilə 11 
								yaşında idman məktəbinə üzv yazılır.  12-13 
								yaşlarında o, Bakı və respublika yarışlarında 
								yüksək nəticə göstərərək beynəlxalq turnirlərə 
								vəsiqə qazanır. O, 14 yaşında ikən 14-15 yaş 
								qrupları arasında 57 kq çəki dərəcəsində 
								keçirilən Avropa çempionatında ustalıq nümayiş 
								etdirərək fəxri kürsünün ən yüksək pilləsinə 
								qalxıb. Arzusu həmişə ölkəmizi beynəlxalq 
								turnirlərdə layiqli təmsil etməkdir.  
								
								
								*** 
								
								
								 166 
								nömrəli məktəbin şagirdi Zülfiyyə Hüseynova 5 
								ildir ki, idmanın badminton növü ilə məşğul 
								olur. O, hazırda yeniyetmələr arasında yığma 
								komandanın üzvüdür. Zülfiyyə Qaradağ rayon 
								birinciliyində I yeri tutaraq Bakı turnirinə 
								vəsiqə qazanıb. 2007-ci ildə Bakı və Azərbaycan 
								birinciliyində qələbə qazanaraq beynəlxalq 
								turnirdə iştirak edib. O, bu il 
								Sankt-Peterburqda keçirilən badminton üzrə 
								beynəlxalq turnirdə fərqlənərək fəxri   kürsünün 
								yüksək pilləsinə qalxıb.   Məktəbin digər 
								şagirdi Zülfüqar İmanovun da idman sahəsində 
								uğurları kifayət qədərdir. O, idmanın boks növü 
								ilə məşğul olur. 1994-cü il təvəllüdlü, 91 kq. 
								çəki dərəcəsində olan Zülfüqar uşaq yaşlarından 
								idmana olan həvəsi ilə "Neftçi" idman klubuna 
								üzv yazılır. O, 15-16 yaşlarında dəfələrlə 
								Azərbaycan və Bakı birinciliyində iştirak edərək 
								fəxri kürsünün  yüksək pillələrinə qalxıb. Bu il 
								Bakı və respublika çempionu olaraq beynəlxalq 
								turnirə vəsiqə qazanıb. Arzusu ölkəmizi həmişə 
								beynəlxalq turnirlərdə  layiqli  təmsil  
								etməkdir.   
								
								
								
								Rəşad ZİYADOV  |