| 
								 
								
								Noyabrın 22-də Azərbaycan Dillər Universitetində 
								"Ali təhsildə elektron tədris" mövzusunda 
								seminar keçirildi. Seminarda ali təhsil 
								müəssisələrinin nümayəndələri ilə yanaşı, ABŞ-ın 
								Edinboro Universitetinin professorları Hemiş 
								Makloud və  Çarlz Anderson iştirak edirdilər. 
								
								
								Tədbirdə çıxış edən ADU-nun rektoru, professor 
								Səməd Seyidov bildirdi  ki, Azərbaycanda  çox 
								vacib olan beynəlxalq konfrans  öz işinə 
								başlayır.  Bu konfrans təhsil və texnologiya 
								vasitələri və iqtisadi inkişafla bağlı olan bir  
								konfransdır. Hazırda ADU-da informasiya və 
								kommunikasiya texnologiyaları vasitələrindən 
								xeyli vaxtdır lazımınca istifadə edirik. 
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin diqqəti və qayğısı sayəsində  
								universitetdə "İnformasiya Resurs Kompleksi" 
								yaradılmışdır.   Kompleks Azərbaycanda analoqu 
								olmayan imkanlara malikdir. 
								
								
								Sonra ABŞ-ın Edinboro Universitetinin 
								professoru, doktor Hemiş Makloud çalışdığı 
								təhsil ocağında İKT fəaliyyətindən və ondan 
								təhsil sahəsində istifadə etmə  qaydalarından  
								söz açdı. O, çıxışında öyrətmə, öyrənmə və  
								qiymətləndirmə proseslərində əsas tendensiya 
								xarakterini doğuracaq yeniliklər,  kitabxana 
								resurslarının rəqəmsal formata çevrilməsi, 
								virtual öyrənmə mühiti və elektron portallardan 
								ətraflı danışdı. 
								
								
								Seminar diskussiya şəklində başa çatdı. 
								 
								
								
								Şakir CƏFƏROV  |