| 
								 
								
								Noyabrın 25-də TPİ-də Azərbaycan Respublikası 
								Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu 
								və Naxçıvan  Müəllimlər İnstitutunun birgə 
								təşkilatçılığı ilə "Azərbaycan təhsili yeni 
								inkişaf mərhələsində" mövzusunda respublika 
								elmi-praktik konfransı öz işinə başladı. 
								
								
								Konfransda TPİ-nin direktoru, professor Abdulla 
								Mehrabov müasir dövrdə ali təhsil sisteminin 
								inkişafının metodoloji problemləri mövzusunda 
								çıxış etdi. Bildirdi ki, ali təhsil sisteminin 
								inkişafının müasir mərhələləri elmi 
								nailiyyətlərin vacib nəticələrini özündə əks 
								etdirən yeni təhsil  standartlarının işlənməsi  
								və  tətbiqi ilə  xarakterizə olunur. Tələb 
								olunan informasiyanın gənclər tərəfindən qəbul 
								olunaraq mənimsənilməsində olan problemlər 
								ilbəil artdığından və  mürəkkəbləşdiyindən 
								tədris- təlim prosesində  bunların xarakterik 
								xüsusiyyətlərinin nəzərə alınması zərurəti 
								yaranır. Qeyd edildi ki, son illərdə inkişaf 
								etmiş ölkələrin ali təhsil  sistemində artıq 
								kompetensial tədris-təlim prosesinin qurulması 
								və səriştəli yanaşma modeli geniş tətbiq 
								olunmağa başlanmışdır. Araşdırmalar göstərir ki, 
								bu səbəbdən gənclərin düşüncə tərzi hazırda  
								abstrakt, köhnəlmiş  nəzəriyyələr əsasında 
								qurulmuş və  çox da  tədqiq olunmayan  bəsit 
								emosional xarakter daşıyır. 
								
								
								Konfransda bildirildi ki, ali təhsil 
								müəssisələri idarəetmədə onların fəaliyyət 
								göstərdikləri mühitin tələblərini nəzərə alaraq, 
								keyfiyyətli kadr hazırlığının təmin edilməsi, 
								adambaşına maliyyə sisteminə keçidin təmin 
								olunması istiqamətində geniş, səmərəli  işlər 
								görməlidirlər. 
								
								
								Sonra pedaqoji elmlər  doktoru, professor 
								Y.Kərimov, kimya üzrə  fəlsəfə doktoru, dosent 
								K.Haqverdiyev, BDU-nun dissertantı İ.Tağıyev və 
								başqaları mövzu ətrafında çıxış etdilər. 
								
								
								Konfransda 5 bölmə üzrə 112 məruzənin müzakirəsi 
								planlaşdırılmışdır.  
								
								
								Konfrans öz işini müxtəlif bölmələr üzrə davam 
								etdirir.   
								
								
								
								Şakir CƏFƏROV  |