| 
								 
								
								 Noyabrın 
								25-də Bakının Xətai rayonunda yerləşən 257 
								nömrəli orta ümumtəhsil məktəbində  SOS uşaq 
								kəndlərinin yaranma tarixinin  10 ili 
								münasibətilə tədbir keçirildi.  Tədbirin 
								aparıcıları IX sinif şagirdləri İsmayıl Cabarlı, 
								Jalə Qocayeva  təhsil aldıqları məktəb haqqında 
								iştirakçılara geniş məlumat verdilər. 
								Bildirdilər ki, 1974-cü ildən fəaliyyət göstərən 
								təhsil ocağında 1176 şagird təhsil alır. 
								Məktəbdə 175 müəllim fəaliyyət göstərir. 
								 
								
								
								Ölkə başçısının sərəncamı ilə təhsil ocağı "Ən 
								yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi 
								kimi mükafatlandırılıb. Tədbirin aparıcıları  
								SOS uşaq kəndlərinin kollektivini 10 yaşlarının 
								tamam olması münasibətilə təbrik etdilər. 
								
								
								Tədbir iştirakçılarına SOS uşaq kəndlərinin 
								yaranmasından bu günə qədərki fəaliyyəti barədə 
								məlumat verildi və  film nümayiş olundu. 
								
								
								 Tədbirdə 
								iştirak edən "Bakcell" şirkətinin rəhbəri cənab 
								Botter SOS uşaq kəndlərinin kollektivini təbrik 
								etdi. O bildirdi ki, valideyn himayəsindən 
								məhrum olmuş uşaqlara kömək məqsədi ilə şirkət 
								"Bakcell STARS - hər uşaq bir ulduzdur" SMS 
								kampaniyasını həyata keçirmişdir. Kampaniyadan 
								əldə olunan 45.000 manat SOS uşaq kəndlərinə 
								verildi.  
								
								
								Tədbir SOS uşaq kəndlərinin şagirdlərinin ifa 
								etdikləri  şeirlərlə, mahnılarla unudulmaz 
								xatirəyə çevrildi.   
								
								
								
								Rəşad ZİYADOV   |