| 
								 
								
								 Evsiz 
								Heyvanların Müdafiəsi İctimai Birliyi 60 nömrəli 
								orta məktəblə birlikdə "Təbiət uşaqların gözü 
								ilə" mövzusunda uşaqların əl işlərindən ibarət 
								sərgi keçiribdir. Burada rəsmlər, yağlı boya ilə 
								kətan üzərində çəkilmiş tablolar, əl işləri, 
								hətta heyvan və bitkilərin təsvir edildiyi bütöv 
								maketlər nümayiş olundu.  
								
								
								Sərgidə "Vəfalı dost" heyvanlar üçün özəl 
								baytarlıq klinikası - mini sığınacaqdan 
								gətirilən heyvanları gördükdə uşaqların 
								sevincinin həddi-hüdudu yox idi. Bu, yalnız 
								uşaqların deyil, həm də sərgiyə həvəslə baxan 
								müəllim və valideynlərin böyük marağına səbəb 
								oldu.  
								
								
								Sərgini keçirmək üçün razılıq verən 60 nömrəli 
								məktəbin direktoru Həqiqət Qarayevaya, uşaqlar 
								ilə apardığı işə və köməyə görə rəsm müəllimi 
								Vəfa İsmayılovaya, ingilis dili müəllimi Nüşabə 
								Baxşıyevaya öz dərin minnətdarlığımızı 
								bildiririk.  
								
								
								Gəlin uşaqlara ətraf mühiti, təbiəti sevməyi 
								öyrədək!   
								
								
								
								Ceyran QULUZADƏ  |