| 
								 
								
								 Masallı rayonu C.Kazımov adına Qodman kənd orta 
								məktəbində şagirdlər arasında şeir müsabiqəsi 
								keçirilmişdir. Şagirdlər Azərbaycanın görkəmli 
								şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, 
								Xəlil Rza Ulutürkün şeirləri ilə yanaşı, 
								həmkəndliləri Azad Talışoğlu, Zülfüqar Qodmanlı, 
								Nurəddin Mansur və Fəxrəddin Ziyanın da 
								şeirlərindən nümunələrlə çıxış etmişlər. 
								Müsabiqənin sonunda münsiflər heyəti şeirləri 
								daha gözəl ifa edən şagirdləri müəyyənləşdirmiş 
								və qalibləri elan etmişdir. 
								
								
								Məktəbin IX sinif şagirdi Şəhla Baxışova 
								müsabiqənin qalibi olmuşdur. X sinif şagirdləri 
								Sevinc Əzimova və Mehriban Şirxanlı II-III 
								yerlərə layiq görülmüşlər. Qaliblər rayon üzrə 
								keçiriləcək şeir müsabiqəsində iştirak etmək 
								hüququ qazanmışlar.  
								
								
								Müsabiqənin sonunda istedadlı şagirdlər məktəb 
								rəhbərliyi tərəfindən diplom və fəxri 
								fərmanlarla təltif olunmuşlar. Məktəbin I sinif 
								şagirdi, dərs əlaçısı Fidan Heydərova, IX sinif 
								şagirdi Fidan Qədirzadə və digərləri də 
								çıxışları ilə tədbir iştirakçılarının rəğbətini 
								qazanmışlar. 
								
								
								
								Bəhram YAQUBOV  |