| 
								 
								
								"Azərbaycan Respublikası Prezidentinin fərdi 
								təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan 
								Respublikası Prezidentinin 2002-ci il 11 iyun 
								tarixli 715 nömrəli Fərmanına uyğun olaraq   
								
								
								
								QƏRARA ALIRAM:  
								
								
								1. Azərbaycan Respublikasında təhsil sahəsində 
								səmərəli fəaliyyətinə görə Ələddin Abdulla oğlu 
								Əsgərova Azərbaycan Respublikası Prezidentinin 
								fərdi təqaüdü verilsin.  
								
								
								2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								bu Sərəncamdan irəli gələn məsələləri həll 
								etsin.   
								
								
								
								İlham ƏLİYEV, 
								Azərbaycan Respublikasının Prezidenti  
								Bakı şəhəri, 18 may 2010-cu il   |