| 
								 
								
								Mayın 18-də  Azərbaycan Texniki  Universitetində 
								xalq şairi, əməkdar incəsənət xadimi, Milli  
								Aviasiya Akademiyasının kafedra müdiri, 
								professor  Nəriman Həsənzadə ilə  görüş 
								keçirildi. Tədbiri universitetin rektoru, 
								professor Havar Məmmədov açaraq şairin  həyat 
								yolu, zəngin yaradıcılığı barədə ətraflı məlumat 
								verdi. Rektor görkəmli şairin Azərbaycan 
								ədəbiyyatına, xüsusən poeziyamıza verdiyi 
								töhfələri yüksək dəyərləndirdi. Şairin  80-ci 
								illərdə qələmə aldığı "Nəriman" poemasını və 
								"Atabəylər" dramını müasir Azərbaycan 
								ədəbiyyatında tarixi hadisə kimi qiymətləndirdi. 
								
								
								Sonra  Milli Aviasiya Akademiyasının kafedra 
								müdiri, hüquq elmləri doktoru, professor İbrahim 
								Quliyev, Azərbaycan Dövlət İqtisad 
								Universitetinin kafedra müdiri, professor 
								Maarifə Hacıyeva, şair Ramiz Məmmədzadə, 
								"Azərbaycan Cümhuriyyəti" qəzetinin redaktoru 
								Ramin Qurban çıxışlarında  Nəriman  Həsənzadənin 
								yaradıcılığında  Azərbaycan xalqının tarixinin, 
								mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer 
								verildiyini vurğuladılar. 
								
								
								Xalq şairi N.Həsənzadə tələbələrin suallarını 
								ətraflı cavablandırdı və  lirik şeirlərini 
								oxudu. 
								
								
								Görüş tələbələrin şairin şeirləri əsasında 
								hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa 
								çatdı. 
								
								
								
								 Sifai  SƏFƏROVA  |