| 
								 
								
								Mayın  15-də  Avstriyanın  Yuxarı  Avstriya  
								Tətbiqi  Elmlər  Universitetinin  prezidenti  
								Dr. Gerald  Reisinger  və  Qlobal  Satış  
								Menecmenti  proqramının  rəhbəri Dr. Johann 
								Hofstadler Azərbaycan Universitetində olublar. 
								Səfərin məqsədi bu iki təhsil ocağı arasında 
								Boloniya prosesinin əsas tələbləri çərçivəsində 
								əməkdaşlıq imkanlarının müzakirəsi olub. 
								Azərbaycan Universitetinin rektoru, professor 
								Akif Musayev qonaqlarla görüşüb. İlkin 
								tanışlıqdan sonra Dr. Johann Hofstadler BBA 
								proqramının tələbə və müəllimləri üçün təqdimat 
								keçirib.  Təqdimatda  Avstriyanın  və  Yuxarı  
								Avstriya  Tətbiqi  Elmlər  Universitetinin 
								tarixi, tədris proqramları və tələbə-müəllim 
								mübadiləsi imkanları barədə məlumat verilib. 
								
								
								
								Şakir CƏFƏROV 
								  |