| 
								 
								
								Mayın 19-da Azərbaycan Respublikasının 
								Prezidenti yanında Dövlət İdarəçilik 
								Akademiyasında "Heydər Əliyev məktəbi"nin 
								növbəti məşğələsi keçirilib. 
								
								
								Məşğələni akademiyanın rektoru, əməkdar elm 
								xadimi, professor Seyfəddin Qəndilov açaraq, ulu 
								öndər Heydər Əliyevin fəaliyyətinin bütün 
								dövrlərində respublikamız üçün gördüyü işlərdən, 
								Azərbaycan dövlətçiliyinin bərpası, ölkəni 
								parçalanmaq təhlükəsindən qurtarmaq üçün həyata 
								keçirdiyi tədbirlərdən, müstəqilliyimizin 
								qorunub saxlanılması istiqamətində apardığı 
								məqsədyönlü daxili və xarici siyasətin çoxşaxəli 
								istiqamətlərindən bəhs edib. Sonra XX əsr 
								Azərbaycan tarixinin inkişaf mərhələləri, 
								Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub 
								saxlanılması, respublikanın beynəlxalq aləmdə 
								nüfuzunun artması istiqamətində Heydər Əliyevin 
								apardığı siyasətdən söz açıb və həmin siyasi 
								kursun bu gün möhtərəm Prezidentimiz İlham 
								Əliyev tərəfindən uğurla davam və inkişaf 
								etdirildiyini qeyd edib. Rektor həmçinin ölkə 
								Prezidenti İlham Əliyevin apardığı düşünülmüş 
								siyasətin Azərbaycanın işıqlı gələcəyi üçün 
								böyük perspektivlər vəd etdiyini bildirib. 
								
								
								Tədbirdə xarici işlər nazirinin müavini, 
								Azərbaycan Respublikası Xarici İşlər 
								Nazirliyinin Diplomatik Akademiyasının rektoru, 
								professor Hafiz Paşayev çox maraqlı və ətraflı 
								çıxışında Azərbaycanın əldə etdiyi bütün 
								nailiyyətlərin ulu öndər Heydər Əliyevin müdrik, 
								uzaqgörən siyasəti, bacarıqlı təşkilatçılıq, 
								idarəçilik qabiliyyəti nəticəsində mümkün 
								olduğundan söz açıb. Natiq ulu öndərin diqqət və 
								qayğısı ilə yaradılmış Dövlət İdarəçilik 
								Akademiyasında dövlət idarəçiliyi üçün layiqli 
								kadrlar hazırlandığına əmin olduğunu bildirib. 
								
								
								
								Şakir CƏFƏROV  |