| 
								 
								
								Mayın 20-də Bakı Slavyan Universitetində Avropa 
								Şurasının  "Azərbaycanda jurnalistika tədrisinin 
								inkişafına dəstək" layihəsi adlı beynəlxalq   
								konfrans  keçirildi.  
								
								
								 Tədbiri 
								giriş sözü ilə BSU-nun  rektoru, professor Kamal 
								Abdullayev açaraq bildirdi ki, son bir ildə  
								AŞ-nin layihəsi çərçivəsində tədris proqramının 
								yeniləşdirilməsi, modulların hazırlanması 
								istiqamətində xeyli iş  görülüb.  Bu konfransı 
								keçirmək zərurəti görülən işləri geniş  media  
								ictimaiyyəti ilə müzakirə etmək ehtiyacından 
								doğub. 
								
								
								Qeyd edildi ki, Avropa Şurasının "Azərbaycanda 
								jurnalistika tədrisinin inkişafına dəstək" 
								layihəsi ötən ilin  mart ayından BSU-da BBS 
								Dünya Xidməti tərəfindən gerçəkləşdirilir. 
								Layihənin əsas məqsədi  Azərbaycanda 
								jurnalistika təhsilini Boloniya prosesinin 
								tələblərinə cavab verə  biləcək səviyyəyə 
								qaldırmaq və  tədris proqramını 
								təkmilləşdirməkdir. 
								
								
								  Konfransda iştirak edən təhsil nazirinin 
								müavini Elmar Qasımov  layihənin başlanması 
								münasibətilə  qonaqları təbrik etdi və 
								konfransın işinə  uğurlar arzuladı.Sonra 
								layihənin əhəmiyyətindən danışan nazir müavini 
								Elmar Qasımov Azərbaycanda jurnalistika 
								sahəsində müasir dövrün tələblərinə cavab verə 
								biləcək bəzi islahatların  aparılmasından da söz 
								açdı. 
								
								
								Tədbirdə Avropa Şurasının Baş  Katibinin 
								Azərbaycandakı  xüsusi nümayəndəsi xanım 
								Veronika Kotek, BBS Dünya Xidməti meneceri 
								xanım  Ellie Havorth, Norveçin Azərbaycandakı 
								səfiri cənab  Jon Ramberq, Türkiyənin 
								Azərbaycandakı səfirliyinin mətbuat katibi cənab 
								Bülənt Uğur  sözügedən layihənin önəmliyindən 
								danışdılar. 
								
								
								London Kommunikasiya Kollecinin, Ankara 
								Universitetinin ekspertlərinin qatıldığı 
								konfransda yeni  tədris planının layihəsi, TV, 
								radio, etika, yeni media və  fotojurnalistika 
								fənləri üzrə hazırlanmış modullar müzakirə 
								olundu.İlk dəfə  tədris planına seçim fənn kimi 
								salınan fotojurnalistika modulunu BSU-da bir 
								qrup  tələbə ilə sınaqdan keçirən Fulbrayt 
								təqaüdçüsü Thomas Burns konfrans iştirakçıları 
								ilə təcrübəsini  bölüşərək tələbə 
								jurnalistlərin  fotosərgisini onların  əməyinin 
								ən böyük göstəricisi olduğunu bildirdi. Həm də 
								onu vurğuladı ki, birgünlük konfrans bu gün başa 
								çatsa da, tələbələrin fotosərgisi BSU-nun 
								onillik yubileyi çərçivəsində may ayının sonuna 
								kimi nümayiş etdiriləcək. 
								
								
								
								Şakir CƏFƏROV  |