| 
								 
								
								Azərbaycan Milli Konservatoriyası tərkibindəki 
								İncəsənət Gimnaziyasının VII sinif şagirdi 
								Minirə Nəcəfzadə İspaniyanın Palma de Mallorca 
								şəhərində keçirilən fortepiano ifaçılarının XVII 
								beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı 
								uğurla təmsil edərək I yerə layiq görülüb. 
								
								
								Qızıl medalla təltif olunmuş gənc musiqiçi 
								Azərbaycanı beynəlxalq müsabiqələrdə artıq 
								üçüncü dəfədir təmsil edir. O, 2008-ci ildə 
								Fransada pianoçuların N.Rubinşteyn adına IX və 
								İtaliyada P.Arcento adına pianoçuların 
								beynəlxalq müsabiqələrində gümüş medalla təltif 
								olunub. 
								
								
								Bu uğurların qazanılmasında onun müəllimi - 
								istedadlı musiqiçi Zemfira Hüseynovanın xüsusi 
								rolu var. Müəllimi Minirə Nəcəfzadənin gələcəkdə 
								də Azərbaycanı dünyada uğurla təmsil edəcəyinə 
								və ifaçılıq sənətində daha yeni zirvələrə 
								yüksələcəyinə inanır.  |