| 
								 
								
								 Orta 
								ümumtəhsil məktəblərində İKT-dən istifadə 
								genişləndiyindən şagirdlərdə informasiyalaşmış 
								cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla 
								işləmə bacarıqları və kompüterdən istifadə  
								vərdişləri  xeyli artmışdır.  
								
								
								229 nömrəli orta məktəbin direktoru  Fəridə 
								Bağırova  bildirdi ki, rəhbərlik etdiyi  təhsil 
								müəssisəsində iki kompüter otağı yaradılıb. 
								Tədris zamanı şagirdlərdə ətraf aləmi 
								informasiya baxımından təhlil və qərar  qəbul 
								etmək bacarıqlarının  formalaşdırılmasına ciddi 
								diqqət yetirilir. Hazırda I və II siniflərdə 
								oxuyan  şagirdlər informatika müəllimləri Bahar 
								Bayramova və Sultanə Qurbanovanın gərgin əməyi 
								sayəsində İKT-nin sirlərinə həvəslə 
								yiyələnirlər. 
								
								
								242 nömrəli orta məktəbin direktoru Akif Rəsulov 
								isə   qeyd etdi ki, cari tədris ilinin 
								əvvəlindən I və II  siniflərin informatika 
								müəllimi Saçlı Əhmədova ilk gündən şagirdlərdə   
								bu  fənnə qarşı böyük  maraq oyadıb. Şagirdlər 
								artıq kompüterlə sərbəst davranır və onda lazımi 
								əməliyyatları yerinə yetirirlər. Həm də   
								şagirdlərdə alqoritmik təfəkkür elementlərinin 
								yaradılması və  kompüter texnikasından istifadə 
								etmək qabiliyyətinin formalaşdırılmasına nail 
								olunur.   
								
								
								
								Şakir CƏFƏROV  |