| 
								 
								
								Mayın 18-də "Caspian Plaza" biznes mərkəzində 
								Azərbaycan hökumətinin Dünya Bankının dəstəyi 
								ilə həyata keçirdiyi "Dövlət investisiyaları 
								üzrə kadr potensialının gücləndirilməsi layihəsi" 
								çərçivəsində Azərbaycan Respublikası Təhsil 
								Nazirliyi  Dünya Bankı Layihələrinin 
								Əlaqələndirmə Qrupu tərəfindən beynəlxalq 
								maliyyə hesabatları standartları ilə bağlı 
								təlimlərə başlanılması münasibətilə mərasim 
								keçirildi. 
								
								
								Məlumat üçün bildirək ki, ölkəmizdə Dünya 
								Bankının dəstəyi ilə "Dövlət investisiyaları 
								üzrə kadr potensialının gücləndirilməsi 
								layihəsi"nin icrasına başlanılıb. Layihənin 
								icraçı agentliyi kimi Azərbaycan Respublikasının 
								Təhsil Nazirliyi seçilib. 2009-cu il 3 noyabr 
								tarixində adıçəkilən layihə qüvvəyə minib. 
								Layihənin ümumi dəyərini  10 milyon ABŞ dolları 
								təşkil edir. Həmin vəsaitdən 8 milyon ABŞ 
								dolları Dünya Bankının krediti , 2 milyon ABŞ 
								dolları isə Azərbaycan hökumətinin maliyyəsi 
								hesabına formalaşıb. Layihəyənin əsas 
								komponentləri bunlardır: ümumi mövzular üzrə 
								potensial quruculuğu, sektorlar üzrə potensial 
								quruculuğu,potensial quruculuğunu  dəstəkləyən 
								fəaliyyətlər və layihənin icrası.  
								
								
								GRBS şirkəti tərəfindən aparılan beynəlxalq 
								maliyyə hesabatları standartları üzrə təlimdə 
								Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC, 
								"Azərsu" ASC, Azərbaycan Meliorasiya və Su 
								Təsərrüfatı ASC, Azərbaycan Dövlət Dəmir Yolları 
								QSC və digər nazirlik, dövlət qurumlarının 
								seçilmiş təcrübəli mühasibləri,maliyyə 
								mütəxəssisləri iştirak edirlər. Təlim kursunun 
								müddəti  dörd aydır. Bu təlim kursu benefisiar 
								təşkilatların təklifləri əsasında layihənin icra 
								müddəti ərzində davamlı olaraq keçiriləcəkdir. 
								
								
								   Tədbiri GRBS şirkətinin idarəedici direktoru 
								Bəhram Qurbanov açaraq rəhbərlik etdiyi 
								təşkilatın gördüyü işlərdən,həyata keçirdiyi 
								tədbirlərdən söz açdı. B.Qurbanov Təhsil 
								Nazirliyi ilə qurulmuş səmərəli əməkdaşlığı 
								yüksək dəyərləndirdi.    
								
								
								Çıxış üçün söz alan Təhsil Nazirliyi  Dünya 
								Bankı Layihələrinin  Əlaqələndirmə Qrupunun 
								direktoru Elvin Rüstəmov "Dövlət investisiyaları 
								üzrə kadr potensialının gücləndirilməsi 
								layihəsi"nin əhəmiyyətinə toxunaraq onun  əsas 
								istiqamətləri barədə ətraflı məlumat verdi. O, 
								təlim kursunun mütəxəssislərin beynəlxalq 
								maliyyə hesabatları standartları üzrə beynəlxalq 
								attestasiyadan keçmələrinə imkan yaradacağını və 
								bu sahədə kadr potensialının gücləndirilməsinə, 
								təşkilatların iş prinsiplərinin 
								təkmilləşdirilməsinə təkan verəcəyini dedi. 
								Təhsil Nazirliyinin Strateji təhlil, 
								planlaşdırma və kadrların idarəolunması 
								şöbəsinin müdiri, "Dövlət investisiyaları üzrə 
								kadr potensialının gücləndirilməsi layihəsi"nin 
								milli əlaqələndiricisi Fərzəli Qədirov layihənin 
								məqsədindən söz açaraq ona Azərbaycan hökuməti 
								və Təhsil Nazirliyi tərəfindən çox böyük diqqət 
								yetirildiyini  söylədi. Təhsil Nazirliyinin şöbə 
								müdiri layihə çərçivəsində görüləcək işlərdən 
								danışdı və sonda uğurlu nəticələrin əldə 
								ediləcəyinə ümidvar olduğunu bildirdi. 
								 
								
								
								Mərasimdən sonra qonaqlar məşğələlərdə iştirak 
								edərək təlimin gedişini izlədilər. 
								
								
								
								Samirə KƏRİMOVA 
								  |