| 
								 
								
								 Mayın 
								14-də Bakıdakı "Şəfa" stadionunda  Təhsil 
								Nazirliyi, Azərbaycan Futbol Federasiyaları 
								Assosiasiyası, Gənclər və İdman Nazirliyi, 
								Dövlət  Neft Şirkəti və Azərbaycan  Tələbə 
								Futbol Federasiyasının təşkilatçılığı ilə 
								ümummilli lider Heydər Əliyevin anadan olmasının 
								87-ci  ildönümünə həsr olunmuş ali məktəb 
								tələbələri  arasında futbol üzrə III respublika 
								çempionatının açılış mərasimi keçirildi. 
								
								
								Tədbiri giriş sözü ilə  Azərbaycan Respublikası 
								Dövlət  Neft Şirkətinin və AFFA-nın prezidenti, 
								millət vəkili Rövnəq Abdullayev açaraq  tədbir 
								iştirakçılarını salamladı və yarışda iştirak 
								edən komandalar haqqında məlumat verdi. 
								 
								
								
								Tədbirdə iştirak edən təhsil naziri  Misir 
								Mərdanov ümummilli lider Heydər Əliyevin 
								xatirəsinə həsr olunmuş ali məktəb tələbələri 
								arasında futbol  üzrə  respublika çempionatının 
								üçüncü il keçirildiyini nəzərə çatdırdı. Sonra   
								bu çempionatın təşkilində  əməyi olanlara 
								təşəkkürünü bildirən nazir ali məktəb 
								tələbələrinin keçirilən yarışlarda fəal 
								iştirakını təqdirəlayiq hal kimi dəyərləndirərək 
								onlara  uğurlar arzuladı. 
								
								
								Gənclər və idman naziri Azad Rəhimov, Milli 
								Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz 
								Hüseynzadə və başqaları respublikada  belə 
								tədbirlərin keçirilməsinin əhəmiyyətindən  bəhs 
								etdilər və ənənəvi çempionatın Azərbaycanda 
								idmanın kütləviliyinin təmin olunmasına layiqli 
								töhfələr verəcəyinə inandıqlarını bildirdilər. 
								
								
								"Şəfa" stadionunda keçirilən çempionatın təqvimi 
								elan olundu. Həmin gün ilk yarışda Bakı Dövlət 
								Universiteti  ilə Azərbaycan Dövlət İqtisad 
								Universitetinin komandaları görüşdülər. 
								 
								
								
								
								Şakir CƏFƏROV  |