| 
								 
								
								 Bu 
								günlərdə Bakının Binəqədi rayonunda fəaliyyət 
								göstərən Zəngilan rayon 4 nömrəli orta 
								məktəbində polis polkovnik-leytenantı, 
								Azərbaycan Respublikasının Milli Qəhrəmanı Sahil 
								Ələmdar oğlu Məmmədovla görüş keçirildi. 
								Əvvəlcə  şəhidlərimizin xatirəsi bir dəqiqəlik 
								sükutla yad edildi. 
								
								
								Tədbiri  giriş sözü ilə təhsil ocağının 
								direktoru Cəbrayıl Şıxəliyev açaraq bildirdi ki, 
								Azərbaycan Respublikasının Milli 
								Qəhrəmanlarından yalnız 17-si bu gün 
								bizlərlədir. Ürəkağrısı, eyni zamanda qürur 
								hissi ilə qeyd etməliyəm ki, Azərbaycan Milli 
								Ordusunun ilk şəhid əsgəri Firdovsi Məmmədov  və 
								Daxili  Qoşunların  ilk şəhidi Hətəmxan Babayev 
								zəngilanlıdırlar. Torpaqlarımızın bütövlüyü 
								uğrunda mübarizəyə qoşulan bu insanların hər 
								biri bizim üçün əzizdir, müqəddəsdir. Bu gün 
								işığına toplaşdığımız Sahil Məmmədov da 
								belələrindəndir.   
								
								
								Çıxış edənlər Milli Qəhrəmanın torpaqlarımızın 
								müdafiəsi yolunda göstərdiyi şücaətdən 
								danışdılar.  
								
								
								Şagirdlər vətənə həsr olunmuş  şeirlərlə, 
								mahnılarla tədbiri daha da yaddaqalan və maraqlı 
								etdilər.  
								
								
								Tədbirin sonunda Milli Qəhrəman Sahil Məmmədov  
								qısa, lakin maraqlı və təsirli çıxışı ilə 
								şagirdlərə  harada olmalarından asılı olmayaraq 
								vətəni həmişə sevməyi tövsiyə etdi.  
								
								
								Tədbir iştirakçıları Milli Qəhrəmanla xatirə 
								şəkli çəkdirdilər.   
								
								
								
								Rəşad ZİYADOV  |